Cümə axşamı Avropa Liqasının qrup mərhələsinin II turu çərçivəsində baş tutan “Roma” - “Astra” matçının referisi Əliyar Ağayev, bu gün keçirilən “Neftçi” – “Kəpəz” görüşündə əlavə köməkçi hakim idi. FİFA referisi qarşılaşmadan sonra jurnalistin suallarını cavablandırıb.
- Hakim-inspektor bizdən razı qaldığını bildirdi. Qiymət isə 2-3 gün sonra açıqlanır. Nəticə həm federasiyaya, həm mənə gələcək.
- Sizi Çempionlar Liqasının oyunlarında görə biləcəyikmi? Ümumiyyətlə, özünüzü hazır sayırsımızmı?
- Bu sualı çox verirlər. Çempionlar Liqasının oyununu idarə etmək üçün -ci kateqoriya olmalıyam. Məqsəd ora yüksəlməkdir. Oyun versələr, çalışaram özümü doğruldam.
- Sizin üçün hakimliyin pik nöqtəsi hansı oyunu idarə etməkdir?
- Hər bir hakimin, hər bir oyunçunun arzusu dünya və Avropa çempionatının final mərhələsidir. Bunu hər kəs istər.
- Özünüzə kumir seçdiyiniz referi var?
- Xeyr, amma hər hakimdən özümüzə nəsə götürməyə çalışırıq.
- Sosial şəbəkələrdə sizin “Roma”nın əfsanəvi kapitanı Françesko Tottiyə sarı vərəqə göstərməyinizlə bağlı zarafatlar edirlər...
- (gülür) Oyundu da, olur belə şeylər.
- Avropa Liqasının qrup mərhələsindən sonra milli çempionatda əlavə köməkçi hakim olmaq necə bir hissdir?
- Özüm referi kimi meydana çıxmaq istəmədim. Xaqani müəllimə (AFFA hakimlər komitəsinin sədri Xaqani Məmmədovu nəzərdə tutur – red.) dedim ki, yorğunluq var.