Azay Quliyev: "Referendumun nəticələri böyük islahatların başlanğıcıdır"

Azay Quliyev: "Referendumun nəticələri böyük islahatların başlanğıcıdır"
09:05 2 Oktyabr 2016
60 Ölkə
Ölkə mətbuatı
A- A+

ATƏT PA-nın Makedoniyanın paytaxtı Skopyada keçiriliən 15-ci payız sessiyası oktyabrın 1-də işini davam etdirib.

Trend-in ATƏT PA-nın rəsmi saytına istinadən verdiyi xəbərə görə, qurumun Daimi Komitəsinin iclasında ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev Cənubu Qafqaz üzrə xüsusi nümayəndəsi Kristian Vigenin Azərbaycanda keçirilən referendumla bağlı toxunduğu məsələ ilə əlaqədar çıxış edib.

Millət vəkili bildirib ki, sentyabrın 26-da keçirilən referendumun nəticələri Azərbaycan xalqının iradəsini ifadə edir və Konstitusiyaya edilən əlavə və dəyişikliklər xalqımızın maraqlarına tam cavab verir: "Referendumun nəticələri yeni islahatların başlanğıcıdır və Azərbaycan xalqı bu məsələyə böyük ümidlə yanaşır.

Referendumu 30 ölkədən olan 147 beynəlxalq və minlərlə yerli müşahidəçi, o cümlədən AŞPA-nın nümayəndələri yaxından izləmiş və referendumun keçirilməsini və onun rəsmi nəticələrini azad, ədalətli, demokratik və legitim hesab etmişlər. Səsvermə zamanı seçicilər böyük fəallıq nümayiş etdirmişlər".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/475234.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR