Eddi İsrafilov "Kadiz"in heyətində növbəti oyununa çıxıb.
Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Azərbaycan yığmasının üzvü İspaniyanın II Liqasının VIII turu çərçivəsində "Rayo Valyekano" ilə görüşdə meydanda olub.
Start heyətində yer alan İsrafilov 68-ci dəqiqədə əvəzlənib. Onun zədə ilə bağlı olaraq, əvəzləndiyi bildirilir. Belə olan halda, Eddinin millimizin bu ay Norveç və Çexiya ilə keçirəcəyi oyunlara çağırılıb-çağırılmayacağı sual altına düşüb.
İsrafilov meydandan çıxanda komandası 0:2 hesabı ilə geridə olub. Sonrakı dəqiqələrdə daha 1 qol vuran "Rayo Valyekano" "Kadiz"ə 3:0 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, "Kadiz" 8 turdan sonra turnir cədvəlində 22 komanda arasında 17-ci yerdə qərarlaşıb.
Milli.Az