Tayson Fyuri də rinqlə vidalaşdı

Tayson Fyuri də rinqlə vidalaşdı
17:58 3 Oktyabr 2016
38 Digər
Ölkə mətbuatı
A- A+

Ümumdünya Boks Assosiasiyası (WBA) və Ümumdünya Boks Təşkilatı (WBO) versiyaları üzrə super ağır çəkidə dünya çempionu olan böyük britaniyalı Tayson Fyuri karyerasını başa vurduğunu açıqlayıb.

Publika.az TASS-a istinadən xəbər verir ki, bu barədə boksçu özü "Twitter" sosial şəbəkəsindəki səhifəsində məlumat verib.

"Boks indiyə qədər məşğul olduğum ən darıxdırıcı şeydir. Mən dahiyəm və gedirəm. Salamat qalın", - T.Fyuri yazıb.

Ümumiyyətlə, daha əvvəl boksçunun dopinq-testinin müsbət nəticələndiyi və onun kokain qəbul etdiyi məlum olub. Test idmançıdan sentyabrın 22-də götürülüb. T.Fyuri 28 yaşındadır və karyerasını məğlubiyyətsiz başa vurub. Onun aktivində 18-i nokaut olmaqla 25 qələbə var.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/170794.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR