Qaxlı gənc motosiklet və jiquli parçalarından yeni avtomobil düzəltdi FOTO/VİDEO

Qaxlı gənc motosiklet və jiquli parçalarından yeni avtomobil düzəltdi FOTO/VİDEO
22:43 3 Oktyabr 2016
103 Digər
Ölkə mətbuatı
A- A+

Qaxın Qum kəndində yaşayan Mahmud Hacıyev motosiklet və maşının detallarından istifadə edərək yeni nəqliyyat vasitəsi düzəldib.

Publika.az ARB Şəki-yə istinadən xəbər verir ki, 8 ildir qaynaqçı işləyən Mahmudun dediyinə görə, bu nəqliyyat vasitəsini düzəltmək ona 7 aya başa gəlib. Əsasən, jiquli və motosiklet detallarından ibarət olan bu texnika 1.3 motor gücünə sahibdir və saatda 120 km sürətlə hərəkət edə bilir.

M.Hacıyevin dediyinə görə, texnikanın vasitəsilə dağ kəndlərində kənd təsərrüfatı işlərini görmək onun üçün xeyli asanlaşıb.

M.Hacıyev nəqliyyat vasitəsinin adını "YOMO" - yəni yolsuzluq motosikleti qoyub.

Texnikanın ərsəyə gəlməsi üçün o, 1900 manat dəyərində pul xərcləyib. Amma nəqliyyat vasitəsini sənədləşdirmək mümkün olmadığı üçün ondan istifadə etmək də çətinlik yaradır.

Bu, M.Hacıyevin düzəltdiyi üçüncü texnikadır.






Xəbərin orijinal ünvanı: http://publika.az/news/sosial/170813.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR