Yatmazdan əvvəl mütləq 1 stəkan su için!

Yatmazdan əvvəl mütləq 1 stəkan su için!
22:57 3 Oktyabr 2016
220 Ölkə
Ölkə mətbuatı
A- A+

Həkimlər sağlam insanlara yatmazdan 1 saat əvvəl 1 stəkan təmiz qazsız suyu içməyi tövsiyə edirlər. Bu çox vacibdir.

Milli.Az saglamolun.az-a istinadən bildirir ki, yuxu zamanı insan orqanizmi nəfəslə, tərlə maye itirir və bu da susuzlaşmaya səbəb olur. Susuzlaşma bütün insan orqanizmi üçün və xüsusilə də ürək-damar sistemi üçün çox ziyanlıdır. Susuzlaşmanın  nəticəsində qan qatılaşır və nəticədə damarlarda trombların əmələ gəlməsi riski artır.

Damarlarda trombların əmələ gəlməsi infarkt və insult kimi ağır pozulmaların ehtimalını artırır.

Bu qayda ciddi böyrək və ürək-damar sistemi xəstəlikləri olan insanlara aid deyil. Bu qrup insanlarda mayenin qəbulu məhdudlaşdırılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/health/475465.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR