Azərbaycanda elektron "Tax Free"nin tətbiqi ilə bağlı təqdimat keçirilib

Azərbaycanda elektron "Tax Free"nin tətbiqi ilə bağlı təqdimat keçirilib
12:32 4 Oktyabr 2016
60 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün Vergilər Nazirliyi və digər dövlət qurumlarının birgə iştirakı ilə "Azərbaycanda elektron Tax Free sistemi"nin tətbiqi ilə bağlı təqdimat mərasimi keçirilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, tədbir iştirakçılarını salamlayan vergilər nazirinin müavini, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri İlkin Vəliyev son illər vergi sistemində aparılan islahatlar barədə danışıb, ölkə prezidentinin "2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətlərinin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında" 4 avqust tarixli sərəncamı və bu sərəncam çərçivəsində görülən işlər barədə ətraflı məlumat verib.

Vergi sistemində son illərdə elektron sahədə aparılan islahatlarla bağlı filmin nümayişindən sonra Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar baş idarəsinin rəisi Samirə Musayeva təqdimatla çıxış edərək, ölkəmizdə "Tax Free" sisteminin tətbiqi, onun faydaları, bununla bağlı inzibatçılıq məsələləri və s. barədə ətraflı məlumat verib. Qeyd olunub ki, ölkə başçısı cənab İlham Əliyevin müvafiq fərmanı ilə "Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Qaydası" təsdiq edilib, eyni zamanda dövlət başçısının "2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətlərinin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında" 4 avqust tarixlı sərəncamı ilə ölkəmizi turistlər üçün cəlbedici məkana çevirmək və bütövlükdə turizm sektorunu inkişaf etdirmək məqsədilə Azərbaycan Respublikası ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə deyər vergisinin qaytarılması Vergilər Nazirliyinə həvalə edilib. "Tax Free" sistemi ölkədə turizm sektorunda son illər ərzində görülən işlərin davamlılığının təmin edilməsi və ölkə iqtisadiyyatının rəqabət qabiliyyətinin möhkəmləndirilməsi məqsədi daşıyır. Bu sistem ilkin olaraq beynəlxalq hava limanlarında tətbiq edilməyə başlanıb və gələcəkdə respublikanın digər sərhəd-buraxılış məntəqələrində tətbiq olunması nəzərdə tutulur. Proqram təminatı və vahid elektron məlumat bazası yaradıldıqdan, onun vergi və digər aidiyyəti dövlət orqanlarının, habelə müvəkkil bankın istifadəsində olan elektron informasıya sistemlərinə inteqrasiyası təmin edildikdən sonra bu sistem tədricən bütün sərhəd-buraxılış məntəqələrində tetbiq olunacaq.

Dünyada ƏDV tətbiq edən 130 ölkənin "Tax Free" sisteminə qoşulduğunu deyən S.Musayeva bildirib ki, bu sistemin tətbiqi xarici turistlərin ölkəyə cəlb edilməsinə və onların ölkə ərazisində daha çox mal almaqla, pərakəndə ticarətdə satış dövriyyəsinin artırılmasına, ixrac yönümlü istehsalın stimullaşdırılmasına, xarici valyutanın ölkəyə axınının artmasına gətirib çıxarmalıdır.

"Tax Free" sisteminin tətbiqi şərtlərinə toxunan S.Musayeva qeyd edib ki, turistin mal alan zaman şəxsiyyətini təsdiq edən sənədi üzərində olmalıdır, alınan mal şəxsi istehlak məqsədi daşımalıdır, bir alışda əldə edilmiş malın ƏDV daxil olmaqla dəyəri 300 manatdan az olmamalıdır, turistə təqdim edilmiş elektron vergi hesab fakturası (e-vhf) və malın alışını tesdiq edən sənədləri özündə saxlamalıdir.

Sonra tədbir iştirakçılarına Tax Free" sisteminin tətbiqində gömrük orqanlarının apardığı nəzarət prosesi barədə məlumat verilib. Bildirilib ki, alıcı tərəfindən pasport təqdim edildikdən sonra satıcı e-VHF-ni Vergiler Nazirliyinin İnternet Vergi İdarəsi portalında elektron vergi hesab-faktura sistemi vasitəsilə tərtib edərək, həmin məlumatları real vaxt rejimində vahid məlumat bazasına ötürür. E-VHF, ştrix-kod əks olunmaqla, iki nüsxədə çap olunur və hər iki nüsxə alıcıya təqdim edilir. E-VHF satıcının imzası və mərkəzində bu əməliyyatların ƏDV-nin qaytarılması şərtilə həyata keçirildiyinə dair  təsdiqedici qeyd olan möhürlə təsdiqlənməklə təqdim olunmalıdır. Alıcı aldığı malları Azərbaycan Respublikası ərazisindən apardıqda həmin mallar üzrə ödənilmiş ƏDV-nin qaytarılması məqsədilə gömrük sərhəd-buraxılış məntəqəsində aldığı mallara dair e-VHF-ni pasportla birlikdə gömrük orqanı əməkdaşına təqdim edir.

E-VHF-nin məlumatları gömrük orqanı tərəfindən vahid məlumat bazasında yoxlanılır və sonra avtomatik risk qiymətləndirməsi aparılır. Alıcının və ona məxsus malların gömrük nəzarətindən keçməsi tələb edildiyi halda, alıcı həmin malları gömrük baxışının keçirilməsi məqsədilə gömrük orqanı əməkdaşlarına təqdim etməlidir. Gömrük orqanı əməkdaşları təqdim olunmuş mallarla vahid məlumat bazasına daxil edilmiş məlumatların uyğunluğunu yoxladıqdan sonra qaytarılacaq ƏDV məbləği barədə alıcının təqdim etdiyi e-VHF-də təsdiq qeydi aparır, onu möhürlə təsdiqləyərək alıcıya
təqdim edəcək və vahid məlumat bazasında e-VHF-ni təsdiqləməklə məlumatı real vaxt rejimində müvəkkil banka ötürür. Risk qiymətləndirməsinin nəticələri əsasında alıcıdan
malları gömrük baxışı üçün təqdim etmək tələb olunmadıqda, qaytarılacaq ƏDV-nin yekun məbləğini əks etdirən e-VHF gömrük orqanı tərətindən möhürlə təsdiqlənərək məlumatlar real vaxt rejimində müvəkkil banka ötürülür. E-VHF-nin bir nüsxəsi gömrük orqanında saxlanılır, digər nüsxəsi isə alıcıya qaytarılır.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Ukraynanın Kalinkovka şəhərindəki silah anbarında partlayış baş verib

27 Sentyabr 2017 01:57

ABŞ Suriyadakı hərbi bazalarından birini bağlayıb

27 Sentyabr 2017 01:53

Səudiyyə kralından tarixi qərar

27 Sentyabr 2017 01:30

NASA-nı düşündürən hadisə - Kosmik gəmi parçalanır

27 Sentyabr 2017 01:28

Səudiyyədə qadınlar da maşın sürəcək

27 Sentyabr 2017 01:24

Çempionlar Liqasında gecənin NƏTİCƏLƏRİ

27 Sentyabr 2017 01:08

Yaponiya hökuməti “Fukusima-1” AES-in sökülməsinin əsas mərhələsini təxirə salıb

27 Sentyabr 2017 01:08

Futbol üzrə Çempionlar Liqasında II tura start verilib

27 Sentyabr 2017 01:02

Çempionlar Liqasında gecənin nəticələri

27 Sentyabr 2017 00:58

Amerika gələn il təqribən 45 min qaçqın qəbul edəcək

27 Sentyabr 2017 00:52

ABŞ Çavuşoğlunun İraqa dair bəyanatını təhdidedici adlandırdı

27 Sentyabr 2017 00:49

İsrail əsgərləri hücuma məruz qaldı -

27 Sentyabr 2017 00:46

Dünyanı ələ alan dilənçilik ABŞ-dan başladı - "Çirkinlər Qanunu"

27 Sentyabr 2017 00:38

Çavuşoğlu: "Ankara İraqın ərazi bütövlüyünü qoruyacaq"

27 Sentyabr 2017 00:29

Pakistanın keçmiş baş naziri korrupsiya qalmaqalı ilə bağlı ifadə verib

27 Sentyabr 2017 00:28

Astroloji proqnoz - 27 sentyabr

27 Sentyabr 2017 00:18

Səudiyyə Ərəbistanında qadınlara "YAŞIL İŞIQ" - iLK DƏFƏ

27 Sentyabr 2017 00:18

Paytaxt məktəbinə Kərim Kərimovun adı verildi

27 Sentyabr 2017 00:09

Məsud Bərzani hökuməti bizə xəyanət etdi -

27 Sentyabr 2017 00:04

Giləzidə 196 ədəd partlamamış hərbi sursat aşkar edilib

27 Sentyabr 2017 00:02

Suriyada Rusiyaya məxsus vertolyot vurulub

26 Sentyabr 2017 23:57

Tramp: “Bu, kommunist ölkə üçün dəhşətli olacaq”

26 Sentyabr 2017 23:53

Sosial media cəmiyyəti aldadır - VİDEO

26 Sentyabr 2017 23:43

Səudiyyə Ərəbistanında ilk dəfə qadınların avtomobil sürməsinə icazə verilib

26 Sentyabr 2017 23:42

Moskvada bomba həyəcanı -

26 Sentyabr 2017 23:42

Üzeyir Hacıbəyli festivalı başa çatdı

26 Sentyabr 2017 23:29

“Qarabağ”ın rəqibində yeni müqavilə

26 Sentyabr 2017 23:24

4 otaqlı ev yandı

26 Sentyabr 2017 23:19

Azərbaycan neftinin qiyməti 60 dolları ötdü

26 Sentyabr 2017 23:18

Bakıda yaşlı qadını yük maşını vurub

26 Sentyabr 2017 23:17

İcra Hakimiyyəti küləyin fəsadları barədə -

26 Sentyabr 2017 23:16

Azərbaycan neftinin qiyməti 2015-ci ilin iyulundan ilk dəfə 60 dolları ötdü

26 Sentyabr 2017 23:12

Meksikadan Azərbaycana TƏŞƏKKÜR

26 Sentyabr 2017 22:58

Çilidə 5,1 bal gücündə zəlzələ baş verib

26 Sentyabr 2017 22:57

Dünyanın ən böyük ikinci almazı satılıb -

26 Sentyabr 2017 22:55

Avropa çempionatı: Belarus və Hollandiya voleybolçuları növbəti mərhələyə yüksəlib

26 Sentyabr 2017 22:37

ABŞ və Çindən sonra Rusiya da HAZIRLADI: Daha raketlər lazım OLMAYACAQ - FOTO/VİDEO

26 Sentyabr 2017 22:33

Rusiyanın bombardmançı təyyarələri terror təşkilatlarının mövqelərinə zərbələr endirib

26 Sentyabr 2017 22:33

"Kəpəz" - "Qəbələ" matçının yeri dəyişdirilib

26 Sentyabr 2017 22:22

Türkiyədə bina çökdü - Ölən və yaralanan var

26 Sentyabr 2017 22:18

Referendumun təşkilatçıları əməllərinə görə cavab verəcəklər -

26 Sentyabr 2017 22:15

ABŞ-dan Pxenyana qarşı əlavə sanksiyalar

26 Sentyabr 2017 22:14

İranda "Telegram" messencerinin yaradıcısına qarşı cinayət işi açılıb

26 Sentyabr 2017 22:12

Azərbaycan Türkiyədə traktor istehsal edəcək

26 Sentyabr 2017 22:03

Filippin prezidentini qətlə yetirmək istədilər -

26 Sentyabr 2017 22:00

“Adamyeyənlər ət satışı üçün yer axtarırdılar” - Hanniballar ailəsi barədə ŞOK DETALLAR

26 Sentyabr 2017 21:53

Azərbaycan Türkiyədə traktor istehsal edəcək

26 Sentyabr 2017 21:50

Türkiyə ordusu İraqla sərhəddə hərbi təlimləri genişləndirib

26 Sentyabr 2017 21:44

İran sərhədlərini gücləndirir

26 Sentyabr 2017 21:38

Meksika təbii fəlakətlə əlaqədar göstərdiyi dəstək və həmrəyliyə görə Azərbaycana minnətdarlıq edib

26 Sentyabr 2017 21:37