Məşhur şirkət 3000 nəfəri işdən çıxarmağa hazırlaşır

Məşhur şirkət 3000 nəfəri işdən çıxarmağa hazırlaşır
16:53 4 Oktyabr 2016
32 Digər
Ölkə mətbuatı
A- A+

“Ericsson AB” kabelsiz şəbəkə bölümünə olan tələbin azalması səbəbindən xərclərini azaltmağı və 3 000 nəfəri işdən çıxararaq istehsalı dayandırmağı planlaşdırır.

Publika.az xəbər verir ki, İsveçdə 16 000 nəfər işçisi olan şirkət satış, idarə və araşdırma bölümlərində də ixtisarlara hazırlaşır.

“Ericsson”un İsveçdə qalan son fabriklərinin zərərə düşməsi bazarda rəqabətin artması ilə bağlıdır. Qiymətlərdəki eniş şirkətin qazancını azaldıb.

“Ericsson” 2017-ci ilə qədər xərcləri salaraq ildə 9 milyard kronluk (1.05 milyard dollar) qənaət hədəfləyir.

İqtisadiyyat şöbəsi


Xəbərin orijinal ünvanı: http://publika.az/news/iqtisadiyyat/170921.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR