21 yaşlı qızı maşın vurub

21 yaşlı qızı maşın vurub
19:43 4 Oktyabr 2016
18 Digər
Ölkə mətbuatı
A- A+

Göygöl rayonunda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Yeni Qızılca kəndində qeydə alınıb. Daşkəsən rayon sakini 1995-ci il təvəllüdlü Cananə Quliyeva yolu keçmək istəyərkən avtomobillə vurulub. Müxtəlif bədən xəsarətləri alan qız Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/170958.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR