Dəstəmaz alan zaman başa məsh çəkəndə...

Dəstəmaz alan zaman başa məsh çəkəndə...
21:52 4 Oktyabr 2016
108 Ölkə
Ölkə mətbuatı
A- A+

Dəstəmaz alan zaman başa məsh çəkəndə başın dərisi də mütləq islanmalıdırmı?

Milli.Az islam.az-a istinadən bildirir ki, bu məsələ dəstəmaz alan şəxsin saç quruluşu baxımından fərq edir. Belə ki, saçı az olan adam saçının üstündən əlini sürtməklə məsh çəkə bilər. Bu zaman əldəki nəmliklə başın dərisini islatmaq tələb olunmur, saçların üstü islansa da yetərlidir. Amma əgər saçlar uzundursa və daradıqda sifətə (və ya başın digər hissələrinin üstünə) tökülürsə, bu halda ovucdakı nəmliyi saçların dibinə çatdırmaq lazımdır. Bunun üçün yaxşı olar ki, qadınlar və uzun saş saxlayan kişilər dəstəmazdan qabaq saçlarını ortadan tağ ayırsınlar və məsh zamanı ovuclarını həmin tağın üzərinə çəksinlər ki, su saçların dibini islatsın.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/475623.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR