Rabitə işçilərinin Respublika Spartakiadasında atletika üzrə yarışların qalibi bəlli oldu

Rabitə işçilərinin Respublika Spartakiadasında  atletika üzrə yarışların qalibi bəlli oldu
16:35 5 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Məlum olduğu kimi, sentyabrın 24-dən etibarən Azərbaycan Respublikasında rabitə və yüksək texnologiyalar sahəsi işçilərinin peşə bayramının və ölkəmizdə telefon rabitəsinin yaradılmasının 135 illiyi ilə əlaqədar "Sağlamlıq – 2016" rabitə işçilərinin Respublika Spartakiadasına start verilib.
 
Hazırda spartakiada çərçivəsində yarışlar davam edir. Yarışlarda Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində olan qurumları təmsil edən 14 komanda və 500-dən artıq idmançı iştirak edir.
 
Spartakiada çərçivəsində ilk olaraq atletika üzrə yarış keçirilib.
 
Respublika Olimpiya Mərkəzinin stadionunda təşkil olunan yarışda nazirliyin Məlumat Hesablama Mərkəzi, Hərbiləşdirilmiş Mühafizə İdarəsi, Dövlət Radio Tezliklər İdarəsi, "Azərpoçt", "Aztelekom", Bakı Telefon Rabitəsi İstehsalat Birliyi və Teleradio İstehsalat Birliyinin komandaları iştirak edib.
 
Gərgin mübarizə şəraitində keçən yarışlarda Məlumat Hesablama Mərkəzinin təmsilçiləri fərqlənərək komanda hesabında qalib olublar.
 
 
Məlumat üçün bildirək ki, idmanın 9 növü (atletika, voleybol, stolüstü tennis, kəndirdartma, mini-futbol, şahmat, nərd, dama və güllə atıcılığı) üzrə keçirilən yarışlar oktyabrın 25-nə qədər davam edəcək.



Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-43647-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR