Rusiya səfiri: "Sergey Yesenin Azərbaycan mədəniyyətinin üzvi hissəsidir"

Rusiya səfiri: "Sergey Yesenin Azərbaycan mədəniyyətinin üzvi hissəsidir"
17:52 5 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 5 oktyabr. REPORT.AZ/ "Bakıda Ryazan vilayətinin Konstantinovo kəndində yerləşən Sergey Yesenin Dövlət Qoruq Muzeyinin eksponatlarının sərgisinin xüsusi önəmi var. Belə ki, bu, muzeyin Rusiya xaricində ilk sərgisidir".
"Report" xəbər verir ki, bu sözləri Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin Bakıda yerləşən Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində (RİMM) tanınmış rus şairi Sergey Yesenin anadan olmasının 121 illiyinə həsr olunmuş sərginin açılışında çıxışı zamanı deyib.
"Azərbaycanın sərgi üçün ilk ölkə kimi seçilməsi çox yaxşı və ədalətlidir. Yesenin Azərbaycanda sadəcə, bəzək və ya ölkələrimiz arasında mədəni əməkdaşlığın bir hissəsi deyil, o, Azərbaycan mədəniyyətinin üzvi hissəsidir. Buna görə də Azərbaycan ilk ölkə olmaq hüququ qazanmağa layiq idi" - diplomat qeyd edib.
Onun sözlərinə görə, sərginin açılış Sergey Yesenin yaradıcılığının mütəxəssisləri arasında əməkdaşlığın başlanğıcına töhfə verə bilər.
Azərbaycan mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva sərginin açılşını əlamətdar hadisə kimi qələmə verib.
"Yesenin qəlbimizə o qədər yaxındır ki, Azərbaycanda onu özümüzünkü sayırlar" - S.Məmmədəliyeva bildirib.
Nazir müavini vurğulayıb ki, Rusiya və Azərbaycan arasında əməkdaşlıq ruhu və xalqlar arasındakı qardaşlıq sayəsində sıx əlaqələr qurulub və bu, iki ölkə prezidentinin fəaliyyətinin xidmətidir: "Azərbaycan və Rusiya arasında strateji əməkdaşlıq yaradılıb və burada mədəni əlaqələr böyük rol oynayır."
Sonra "Rossotrudniçestvo"nun Bakı ofisinin rəhbəri Valentin Denisov çıxış edərək, Ryazan vilayətinin Konstantinovo kəndində yerləşən Sergey Yesenin Dövlət Qoruq Muzeyində şairin yaradıcılığının Azərbaycan dövrünü özündə əks etdirən guşə yaradılması təklifi ilə çıxış edib.

Xəbərin orijinal ünvanı: http://report.az/medeniyyet-siyaseti/rusiya-sefiri-sergey-yesenin-azerbaycan-medeniyyetinin-uzvi-hissesidir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR