Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 5 Oktyabr

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 5 Oktyabr
20:29 5 Oktyabr 2016
74 Digər
Ölkə mətbuatı
A- A+

GÜNÜN ŞƏRHİ

 

Alyaskada zəngin neft yataqlarının olması faktı hamımıza orta məktəb coğrafiya dərsliyindən məlumdur. ABŞ-ın bu yataqları ehtiyata saxlaması, dünyada neft tükəndikdən sonra istifadə edəcəyi barədə söz-söhbətlər də hər kəsin yadındadır. Bu səbəbdən Alyaskada yeni neft yataqlarının aşkarlanması yeni xəbər deyil və kimsəni təəccübləndirə bilməz. Maraqlı məqam neft yataqlarının kəşfi ilə bağlı xəbərin məhz indi, neftin qiymətlərinin bahalaşmağa başladığı zamanda dövriyyəyə buraxılmasıdır. Məqsəd nədir sualı üzərində baş sındırmağa dəyməz. OPEK neft hasilatını aşağı salmaqla qiymətləri bahalaşdırmağa çalışır, ABŞ-ın hasil olunmuş neft ehtiyatlarının azalması fonunda bahalaşma davam edir. Alyaska nefti ilə bağlı söhbətlər qiymətləri ucuzlaşdırmağa hesablanan manipulyasiyadır. Şist inqilabından sonra ABŞ bazara təsir imkanlarını artırsa da, son hadisələr göstərdi ki, bu imkanlar qaneedici səviyyədə deyil. Bu səbəbdən Vaşinqtona neft ehtiyatlarına dair yeni hesabatlar açıqlanana kimi bazarda qiymətləri indiki səviyyədə saxlamaq lazımdır. Bunun üçün isə Alyaskada yeni neft yataqları kəşf olunub kimi xəbərlərdən istifadə olunur.

 

Vüqar MƏSİMOĞLU


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/255687

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR