Azərbaycan ATƏT-i işğal olunmuş ərazilərdə iqtisadi fəaliyyətin qarşısını almaq üçün təcili tədbirlər görməyə çağırır

Azərbaycan ATƏT-i işğal olunmuş ərazilərdə iqtisadi fəaliyyətin qarşısını almaq üçün təcili tədbirlər görməyə çağırır
21:27 5 Oktyabr 2016
53 Ölkə
Ölkə mətbuatı
A- A+

Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində qeyri-qanuni iqtisadi və digər fəaliyyəti təşkilatın öz prinsipləri ilə ziddir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Azərbaycanın ATƏT-dəki nümayəndəliyinin təşkilatın daimi şurasının iclasında yayılan bəyanatında deyilir.

Bəyanatda deyilir ki, Azərbaycan bununla bağlı öz narazılığını bildirir və xüsusən ATƏT çərçivəsində qəbul olunmuş beynəlxalq öhdəliklərinə uyğun olaraq bu fəaliyyətə son qoymaq üçün müvafiq tədbirlər görməyə çağırır.

Sənəddə bildirilir: "Azərbaycan əhalisinə qarşı hüquq və azadlıqların bu cür fundamental pozulması ATƏT öhdəliklərinin kobud şəkildə pozulması deməkdir".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/476496.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR