Pyer-Emerk Obameyanq gələn yay "Borussiya" ilə yollarını ayırmağı planlaşdırır.
Goal.az "Bild"ə istinadən xəbər verir ki, hücumçu Dortmund klubunun rəhbərliyi ilə bu barədə razılığa gəlib. Obameyanqın yeni ünvanı isə "Real Madrid" ola bilər. Futbolçu dəfələrlə bildirib ki, dünyasını dəyişmiş babasına nə vaxtsa "Real"da oynamağa söz verib. İspaniya nəhəngi də, öz növbəsində, qabonlu forvardın xidmətlərindən imtina edən deyil.
Milli.Az