“Bakı Yay Neft Məktəbi”nin alman iştirakçıları: “Azərbaycan bir çox məqamlara görə özünəməxsusdur”

“Bakı Yay Neft Məktəbi”nin alman iştirakçıları: “Azərbaycan bir çox məqamlara görə özünəməxsusdur”
11:07 7 Oktyabr 2016
27 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 7 oktyabr. REPORT.AZ/ Bakı Ali Neft Məktəbi (BANM) tərəfindən 14-15 sentyabr 2016-cı il tarixlərində Bakı Yay Neft Məktəbi keçirilib. Proqramda iştirak etmiş iki alman tələbə - Fridrix Aleksandr Universitetinin tələbəsi Barbora Masarikova və Darmştat Texniki Universitetinin tələbəsi Vaxter Franz Maksimiliandan proqram barədə təəssüratlarını bizimlə bölüşmələri üçün müsahibimiz olmalarını xahiş etdik.
Nə üçün məhz Azərbaycanda keçirilmiş Yay Neft Məktəbini seçdiniz və gözləntiləriniz nədən ibarət idi?
Barbora: İnkişaf etməkdə olan ölkələrin iqtisadiyyatı və beynəlxalq araşdırmalar ixtisasının magistr tələbəsi olaraq Latın Amerikası və Orta Asiya ölkələrinin iqtisadi inkişafı ilə yaxından maralanıram. Fikrimcə, Azərbaycanın bu region ölkələri ilə bir çox ümumi cəhətləri var, lakin, sonradan anladım ki, ölkəniz bir çox məqamlara görə özünəməxsus bir ölkədir. Öyrəndim ki, Azərbaycanın zəngin neft və qaz resurslarında maraqlı olan bir çox ölkələrin Azərbaycanın çoxəsrlik tarixi boyunca siyasi, iqtisadi, sosial və mədəni inkişafında böyük təsiri olub. Nəticədə, bu gün ölkəniz bir çox mədəniyyətlərin qovuşduğu bir məkana çevrilib.
Maksimilian: Mən mühəndislik elmi üzrə təhsil alıram və bu ixtisasın mümkün olduqca daha fərqli aspektlərini öyrənmək arzusunda idim. Bilirəm ki, Azərbaycanın yüksək inkişaf etmiş neft-qaz sənayesi var, mühəndislik isə neft və qazın istehsalı prosesində olduqca böyük əhəmiyyət kəsb edir. Bu sahə bütün neft-qaz obyektlərinin tikintisində başlıca və əsas prinsip rolunu oynayır. Bu obyektləri öz gözlərimlə görməyi o qədər çox arzulayırdım ki, onları əvvəllər heç vaxt görməmişdim!
Buraya gəlməzdən öncə Azərbaycanda neft-qaz yataqlarının işlənməsi ilə bağlı bir neçə məqalə oxumuşdum. Sevindim ki, arzularımı reallaşdıra bildim. Sadəcə müasir obyektləri deyil, həm də hələ də neft çıxan qədim buruqları görmək möhtəşəm idi. Gecələr dənizdəki neft platformalarından gələn işıqlara tamaşa edir və bu dəniz qurğularının gücü və mürəkkəbliyi barədə düşünürdüm. Lakin heç bir neft sızması və ya onun ekologiyaya mənfi təsirinin şahidi olmadım.
Proqram və səfərin gündəliyindən razı qaldınızmı? BANM-in tələbəsi rolunda özünüzü necə hiss etdiniz?
Barbora: Neft sənayesi üzrə ixtisaslaşmadığıma baxmayaraq, bu sektorun Azərbaycanda inkişafı barəsində öyrənmək mənə çox maraqlı idi. Xüsusilə, müəllimlərimiz sayəsində bu sahəni öyrənmək əla idi. Bizə dərs keçən professorlar sözün əsl mənasında mütəxəssis idilər, qonaqpərvərlik yüksək səviyyədə idi, müəllimlərin sual və müzakirələrə açıq olması məni yaxşı mənada təəccübləndirdi. Bu, olduqca həvəsləndirici məqamdır və mən Ali Məktəbə böyük uğurlar arzulayıram.
BANM haqqında kifayət qədər məlumat öyrəndik və rektorla görüşdük. Onun vaxt ayıraraq bizimlə görüşməsini yüksək qiymətləndiririk. Həmçinin, yeni qəbul olunmuş tələbələrlə keçirilən görüşdə iştirak etmək də məni olduqca məmnun etdi. Onlar çox çalışqan və ağıllıdırlar. Ali Məktəbin yeni kampusu möhtəşəm görünür və hesab edirəm ki, rəhbərlik tələbələr üçün yüksək keyfiyyətli təhsil verir. Bundan başqa, gördüm ki, tələbələr belə bir yanaşmanı və Azərbaycanda ən yaxşı ali təhsil müəssisəsində təhsil almalarını yüksək qiymətləndirirlər.
Maksimilian: Proqram həm çox istiqamətli, həm də tədris yönümlü idi. Qərb universitetlərindən fərqli olaraq, buradakı proqram daha interaktiv idi. Müəllimlər həqiqətən çox yaxşı və geniş dünya görüşünə sahib idilər. Həm də azərbaycanlı tələbələrlə görüşmək və onların nə qədər istedadlı və həvəsli olduqlarını görmək üçün geniş imkanımız oldu.
Barboranın da dediyi kimi, yeni tədris ilinin açılışı münasibəti ilə keçirilən tədbirdə iştirak etməyə dəvət olunmuşduq və bu, mənim üçün kifayət qədər qeyri-adi idi. Rektor Elmar Qasımov BANM-ə qəbul olmuş tələbələri şəxsən təbrik etdi və belə başa düşdüm ki, bu ali məktəbin tələbəsi adını qazanmaq üçün gənclər arasında yüksək rəqabət mövcuddur. Hesab edirəm ki, BANM olduqca müasir ali məktəbdir və müasir texnologiya və tədris avadanlıqlarının tətbiqi baxımından digərlərindən fərqlənir. Burada olduqca səmimi münasibətlə qarşılaşdım, bu isə səfərimizin daha da xoş keçməsinə səbəb oldu.
Bununla belə, həm də onu vurğulamaq istərdim ki, bu səfər yalnız tədris baxımından əhəmiyyətli olmadı. Proqram koordinatorlarımız ölkəniz və insanlarınız haqqında daha çox məlumat əldə etmək üçün bizə bir çox imkanlar yaratmışdılar. Proqram olduqca xoşuma gəldi və BANM və Bakıda keçirdiyim vaxtdan məmnun qaldım.
Ümumiyyətlə, Azərbaycan haqqında təəssüratlarınızdan bəhs edə bilərsinizmi?
Barbora: Çox sayda gözəl yerlərdə olduq. Bilirdim ki, Azərbaycan və onun paytaxtı Bakı sürətlə inkişaf edir, lakin şəhərdə müasir göydələnləri və tarixi binaları bir yerdə görəcəyimi gözləmirdim. Gördüm ki, muzeylər və digər memarlıq abidələri bərpa olunub. Bakı sürətlə inkişaf edən şəhərdir, üstəlik onu bu dərəcədə təmiz görmək məni təsirləndirdi. Bura gəlməzdən öncə əmin idim ki, Almaniya ən təmiz yerdir, lakin artıq fikrimi dəyişmişəm!
Qafqazın ən qədim şəhərlərindən olan Şəkiyə səfərimiz fantastik idi. Şəki Xan Sarayı çox gözəldir və hamımızda uzun müddət qalacaq təəssüratlar oyatdı. Təbiət olduqca gözəldir, dağlar isə möhtəşəmdir. Etiraf etməliyəm ki, artıq çəkidə bir neçə kilo artmışam, çünki yeməkləriniz hədsiz dərəcədə ləzzətlidir. Xüsusilə, qutabı çox bəyəndim, onu həyatımda ilk dəfə idi ki dadırdım. Daha sonra Azərbaycan çayı içdik. Heç zaman düşünməzdim ki, bir fincan çay içmək üçün xüsusi mərasim ola bilər, bu unudulmaz idi! Sanki çay içmək mədəniyyəti Azərbaycanın hər yerində mövcuddur. Ətirli çayınızı, halva kimi ləziz şirniyyatlarınızı, müxtəlif mövzularda söhbətlərimizi və bütün bunların bir yerdə mövcud olduğu gözəl ölkənizi hər zaman xatırlayacam.
Maksimilian: Yalnız onu əlavə edə bilərəm ki, Şəki, Qobustan və Atəşgaha səfərlərimiz heç zaman ağlıma gəlməyəcək şeylər idi. Barboranın dedikləri ilə razıyam və təsdiq edə bilərəm ki, yeməkləriniz olduqca dadlıdır. Vegeterian olmağıma və ət yeməklərinin mətbəxinizin mühüm parçası olmasına baxmayaraq, gördüm ki, yerli çörək, pendir, meyvə və tərəvəzləri yeməmək mümkün deyil, pomidorlar isə lap əla idi.
Bir çox maraqlı yerlərə getməyimizə baxmayaraq, getdiyimiz hər yerə neft obyektlərini axtarırdım. Bakı ətrafı ərazilərə və regionlara səfər edərkən Bibi-Heybət məscidinin yanından keçirdik. Olduqca gözəl memarlıq üslubu var, lakin məni ən çox təəccübləndirən məqam məsciddən çox da uzaqda olmayan yeni Şah Dəniz qaz platformasının görünüşü idi. Bunlar Barboranın Bakı və onun memarlığı haqqında dediklərinin bariz nümunələridir. Bakı müasirlik və qədimliyin harmoniyasını əks etdirən, sənaye nəhənglərinin mədəni abidələrə yaxın yerləşə biləcəyi və təhsilin əyləncə qədər xoş ola biləcəyi bir şəhərdir. Buraya yenidən səfər etməyi və Azərbaycan və xalqınızın yeni nailiyyətlərini görməyi çox arzulayıram.
Azərbaycanda keçirdiyiniz günlərdən ən çox nələr yadınızda qalacaq? Bir neçə kəlmə ilə təəssüratlarınızı ailəniz və dostlarınıza neçə izah edərdiniz?
Maksimilian: Ən çox xatirimdə qalan Atəşgaha olan səfər idi. Bu məbəd Azərbaycanın nə üçün Odlar Yurdu adlandırıldığını və bunun mənasını anlamağıma kömək etdi. Bura qədim mənzərənin əsrlər boyu necə qorunub saxlanmasının, eyni zamanda tarixin müasir Azərbaycan və onun təbii nefti və qazı ilə bağlılığının təsviridir.
Barbora: Neft sənayesinə addım atmaq məni məmnun etdi. Hesab edirəm ki, iştirak etmək üçün bundan daha yaxşı yay məktəbi seçə bilməzdim, gözlədiyimdən çox yaxşı oldu. Şəxsən şahidi oldum ki, Azərbaycanda ən yaxşı olan onun insanlarıdır. Onlar çox səmimi və qonaqpərvərdilər. Buraya gəldiyim ilk andan etibarən xoş münasibətlə rastlaşdım. Azərbaycan xalqına səmimi qəlbdən hər şeyin yaxşısını arzu edirəm, çünki onlar ölkənizin həqiqi xəzinəsidir!  


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Rüstəm Qasımov rekordu yeniləyərək ağır atletika üzrə Avropa çempionu olub

24 Sentyabr 2017 18:12

Səudiyyə Ərəbistanı tarikində ilk

24 Sentyabr 2017 18:08

Yeni məktəb binası istifadəyə verildi

24 Sentyabr 2017 18:04

Krımda 2000 illik tarixi olan qala tapıldı

24 Sentyabr 2017 18:03

Azərbaycanda yeni yolların salınması ilə bağlı təkliflər hazırlanır

24 Sentyabr 2017 18:02

Premyer Liqa oyunundan öncə bomba həyəcanı

24 Sentyabr 2017 17:59

"Gələn il bu ilə nisbətən daha da böyük həcmdə Dövlət İnvestisiya Proqramı icra ediləcək"

24 Sentyabr 2017 17:57

Biləsuvarda pambıq tayası yandı

24 Sentyabr 2017 17:54

Azərbaycan əsilli namizəd Yeni Zelandiya parlamentinə seçilə bilməyib

24 Sentyabr 2017 17:52

İran Ərbillə hava nəqliyyatını dayandırdı

24 Sentyabr 2017 17:48

Malidə güclü partlayış

24 Sentyabr 2017 17:46

İraqda 42 nəfər edam edildi

24 Sentyabr 2017 17:44

Prezident İlham Əliyev: “Gələn ilin büdcəsi daha böyük olmalıdır”

24 Sentyabr 2017 17:39

"Beşiktaş"ın baş məşqçisi cəzalandırılacaq

24 Sentyabr 2017 17:38

Bill Qeyts yaxın 10 ildə insanlığı gözləyən təhlükələri AÇIQLADI

24 Sentyabr 2017 17:34

Xırdalanda itkin düşən 13 yaşlı məktəbli haqda

24 Sentyabr 2017 17:31

Nazirlikdə işə düzəlmək üçün 12500 manat verdi, aldadıldı

24 Sentyabr 2017 17:29

Mey istefa verəcək - Şok iddia

24 Sentyabr 2017 17:23

Biləsuvarda pambıq tayası yandı

24 Sentyabr 2017 17:22

Prezident: “Əsas məqsədimiz idxaldan asılılığı azaltmaqdır”

24 Sentyabr 2017 17:19

Türk ordusundan əməliyyat: PKK sığınacaqları məhv edildi

24 Sentyabr 2017 17:13

İrandan Kürdüstan rəhbərliyinə daha bir zərbə

24 Sentyabr 2017 17:13

"Real"ın ulduzu qəzaya düşdü - FOTO

24 Sentyabr 2017 17:07

Bu qidalar asılılıq yaradır

24 Sentyabr 2017 17:02

Xəstəliyə yoluxmuş meyvələri Azərbaycandan Rusiyaya keçirmək istədilər

24 Sentyabr 2017 16:58

Salyan şəhərində 2 saylı tam orta məktəbin yeni binası istifadəyə verilib

24 Sentyabr 2017 16:57

Salyanda Bayraq Muzeyi açılıb

24 Sentyabr 2017 16:52

Prezident Salyanın Xıdırlı kəndində dəniz suyunun duzsuzlaşdırılması kompleksinin fəaliyyəti ilə tanış olub

24 Sentyabr 2017 16:52

Neftçalada evin çardağına yığılmış 1200 ədəd ot bağlaması yanıb

24 Sentyabr 2017 16:52

"Tezliklə bütün rayonlarda sənaye zonaları yaradılacaq"

24 Sentyabr 2017 16:47

Məşhur filmlərin pərdə arxası görüntüləri

24 Sentyabr 2017 16:42

Prezident: "Qəbul etdiyimiz bütün qərarlar həyatda qısa müddət ərzində və yüksək səviyyədə öz əksini tapır"

24 Sentyabr 2017 16:33

Azərbaycan Prezidenti: Tezliklə bütün rayonlarda sənaye zonaları yaradılacaq

24 Sentyabr 2017 16:33

İnstaqramın məşhur əfqan qızı: Əsəbi zəif olanlar baxmasın - FOTOLAR

24 Sentyabr 2017 16:33

İsveçrədə dağ havasını satırlar

24 Sentyabr 2017 16:28

Parisdə məşhur model Kristian Diorun yaradıcılığının 70 illiyi qeyd olunub

24 Sentyabr 2017 16:27

ABŞ-ın buna haqqı yoxdur - Ərdoğan qəzəbləndi

24 Sentyabr 2017 16:18

İlham Əliyev: "Azərbaycanda sənayeləşmə siyasəti uğurla aparılır"

24 Sentyabr 2017 16:17

Gəlini öpmək istəyən bəyə gözlənilməz etiraz

24 Sentyabr 2017 16:12

3 yaşlı körpəni "ölüm yuxusu"ndan bu mahnı oyatdı - FOTO/VİDEO

24 Sentyabr 2017 16:08

Kabildə güclü partlayış olub

24 Sentyabr 2017 15:59

Azərbaycan futbolunda rekord

24 Sentyabr 2017 15:59

"AVRO-2017": Azərbaycanın Polşa sınağı - YENİLƏNİR

24 Sentyabr 2017 15:57

İmişlidə iki avtomobil toqquşub

24 Sentyabr 2017 15:54

Dünya Bodibildinq Federasiyasının rəhbəri rinqdə döyüşdən sonra öldü

24 Sentyabr 2017 15:53

Səfirlikdə çalışmış azərbaycanlı icra başçısı ola bilər - GÜRCÜSTANDA

24 Sentyabr 2017 15:49

Qaxda 3 gün əvvəl itkin düşmüş qadın tapıldı

24 Sentyabr 2017 15:48

ABŞ-dan gizli kəşfiyyat raketi

24 Sentyabr 2017 15:43

Dünyanın ən qeyri-adi heykəlləri

24 Sentyabr 2017 15:40

Prezident Salyana səfər edib - YENİLƏNİB

24 Sentyabr 2017 15:29