“Bu il Qarabağ münaqişəsinin həllində böyük irəliləyiş əldə edilə bilərdi..." - Sergey Markov

“Bu il Qarabağ münaqişəsinin həllində böyük irəliləyiş əldə edilə bilərdi..." - Sergey Markov
11:19 7 Oktyabr 2016
20 Digər
Ölkə mətbuatı
A- A+

“Azərbaycan hazırda İslam dünyasının lideridir”.

 

APA-nın məlumatına görə, bunu Rusiya Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin təşkil etdiyi "Azərbaycanın qlobal və regional arenada rolu: Reallıqlar və perspektivlər" mövzusunda beynəlxalq konfransın açılışında deyib. O bildirib ki, Azərbaycan güclü ordu yaradıb və aprel döyüşlərində də bu, özünü göstərdi: “Azərbaycanın üzləşdiyi əsas problem Qarabağ münaqişəsidir. Bu il Kazan formulu əsasında Qarabağ münaqişəsinin həllində böyük irəliləyiş əldə oluna bilərdi. Torpaqların bir qisminin qaytarılması müqabilində Ermənistanın blokadası aradan qaldırıla bilərdi. Təəssüf ki, bu, mümkün olmadı”.

 

Qeyd edək ki, konfrans Azərbaycanın müstəqilliyinin 25-ci ildönümü münasibətilə təşkil olunub.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/255850

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR