Məşhur aktyorun qızı yaşda sevgilisi var - FOTO

Məşhur aktyorun qızı yaşda sevgilisi var - FOTO
12:05 7 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Populyar aktyor, Hollivud ulduzu Şon Penn yeni sevgilisi, aktrisa və model Leyla Corc D-Onofrio ilə birlikdə Havay adalarında istirahət edir.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, Leyla aktyorun 25 yaşlı qızı Dilandan da yaşca kiçikdir.

Şon Penn aktrisa Şarliz Teronla münasibətlərinə son qoyandan sonra bir müddət "tək" qalmışdı. Lakin "Bob Honey Who Just Do Stuff" audiokitabının studiya hazırlıqları zamanı Şon Penn 24 yaşlı Leyla D-Onofrio ilə tanış olub, ona vurulub.

Leyla sənətçi ailəsində böyüyüb. Onun atası məşhur aktyor, 57 yaşlı Vinsent D-Onofrio, anası isə tanınmış aktrisa Qreta Skakkidir.

Şon Penn 1985-1989-cu illərdə müğənni Madonna, 1996-2010-cu illərdə isə aktrisa Robin Raytla nikahda olub.

Milli.Az





























Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/476872.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR