Alim Qasımov yenidən "Ən nüfuzlu müsəlmanlar" siyahısında - FOTO

Alim Qasımov yenidən "Ən nüfuzlu müsəlmanlar" siyahısında - FOTO
15:47 7 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Xalq artisti Alim Qasımov yenidən "Ən nüfuzlu müsəlmanlar" siyahısına daxil olub. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, siyahıda ən nüfuzlu 500 müsəlmanın adı yer alıb. "The Muslim 500-2017" Corctaundakı müsəlman-xristian anlaşma mərkəzinin dəstəyi ilə Əmmanın Strateji Araşdırmalar Mərkəzi tərəfindən tərtib edilib. 

Siyahı bir neçə kateqoriyaya ayrılıb. Orada göstərilən ilk əlliliyə daha nüfuzlu şəxslərin adları yazılıb. 

Siyahıya din xadimləri, milli və beynəlxalq dini orqanların, hərəkət və təşkilatların rəhbərləri daxildir. A.Qasımov incəsənət və mədəniyyət kateqoriyası üzrə hazırlanan siyahıda 31-ci sıradadır. 

Qeyd edək ki, A.Qasımov dünya səviyyəsində hazırlanan "Ən nüfuzlu müsəlmanlar" artıq üçüncü dəfədir siyahısında yer alır.

Milli.Az


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR