Millimizin sabiq üzvü 42 yaşında karyerasını bərpa etdi

Millimizin sabiq üzvü 42 yaşında karyerasını bərpa etdi
12:07 8 Oktyabr 2016
40 İdman
Ölkə mətbuatı
A- A+

Milli komandamızın sabiq qapıçısı Hüseyn Məhəmmədov gözlənilməz addım atıb. 

 

Aut.az-ın əldə etdiyi məlumata görə, 42 yaşlı veteran futbolçu peşəkar karyerasını bərpa etmək qərarına gəlib. Məhəmmədov bundan sonra I divizion təmsilçisi "Qaradağ Lökbatan"da çıxış edəcək. O, sabah aşağı liqanın VI turu çərçivəsində baş tutacaq "Şahad" - "Qaradağ Lökbatan" matçının start heyətində yer alacaq. 

 

Qolkiperin adı artıq klubun sifariş ərizəsinə salınıb. Məhəmmədov I divizion klubunda qapıçılar üçün ənənəvi olmayan 4 nömrəli formanı geyinəcək. 

 

Qeyd edək ki, Hüseyn Məhəmmədov karyerası ərzində "Turan", "Kəpəz", "Şəmkir", "Neftçi", "Olimpik" (indiki AZAL), "Karvan", "Standard" və İranın "Maşınsazi" klublarında oynayıb, Azərbaycan millisində 12 oyun keçirib. 42 yaşlı qolkiper "Turan", "Kəpəz", "Şəmkir" və "Neftçi" ilə 7 dəfə ölkə çempionluğunu, 4 dəfə Azərbaycan Kubokunu qazanıb


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-millimizin-sabiq-uzvu-42-yanda-karyerasn-brpa-etdi-t53180.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR