Facebook-dan YENİLİK: Hər kəsə pulsuz internet

Facebook-dan YENİLİK: Hər kəsə pulsuz internet
16:32 8 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Dünyanın ən böyük sosial şəbəkəsi olan "Facebook" ABŞ-da internet olmayan yerlərdə pulsuz internet xidməti göstərəcək.

Ölkə.az xəbər verir ki, "Facebook" 2014-cü ildən Asiya, Afrika və Cənubi Amerikada 36 ölkə ilə başladığı "Free Basics" layihəsi çərçivəsində artıq ABŞ-da da fəaliyyət göstərəcək. İnternet olmayan ərazilərdə pulsuz internet xidmət göstərəcək şirkət ABŞ rəsmilərindən lazımi icazələri alıb. Pulsuz internet ilk olaraq ABŞ-da dağlıq ərazilərdə yaşayanların istifadəsinə veriləcək.

Qeyd edək ki, yaxın gələcəkdə xidmətdən bütün ölkələr istifadə edə biləcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/hitech/477456.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR