Rusiyanın da qətnaməsii BMT-də qəbul edilmədi

Rusiyanın da qətnaməsii BMT-də qəbul edilmədi
02:14 9 Oktyabr 2016
45 Digər
Ölkə mətbuatı
A- A+

BMT TŞ Rusiyanın təşkilatın xüsusi elçisi Staffan de Misturanın Suriyaya dair planını və 9 sentyabr tarixli Rusiya-ABŞ razılaşmasını dəstəkləyən qətnamə layihəsini qəbul etməyib.  

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, sənədi TŞ-in yalnız dörd üzvü dəstəkləyib, 9 nəfər “əleyhinə” və iki nəfər “bitərəf” olub.  

 

Sənəd BMT-nin xüsusi elçisi Staffan de Misturanın silahlıların Hələbdən çıxarılmasına dair təşəbbüsünü dəstəkləyir və 9 sentyabr tarixli Rusiya-ABŞ razılaşmasının icra olunmasını tələb edir. Qeyd edək ki, razılaşmanın mətni qətnamə layihəsinə əlavə olunub.

 

Sənəddə həmçinin hərbi əməliyyatların dərhal dayandırılması tələb olunur, mötədil müxalifətin “Cəbhə ən-Nüsrə” terror qruplaşmasından dərhal ayrılmasının vacibliyi qeyd olunur.    


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/255980

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR