Azərbaycanlı cazmenin İsveçrədəki konsertlərində anşlaq olub

Azərbaycanlı cazmenin İsveçrədəki konsertlərində anşlaq olub
11:02 10 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bern. 10 oktyabr. REPORT.AZ/ Məşhur azərbaycanlı pianoçu-cazmen Şahin Növrəsli oktyabrın 7-8-də İsveçrə paytaxtı Berndə məşhur "Marians Jazzrom" klubunda qonaq kimi çıxış edib.
"Report" İsveçrə müxbirinin məlumata görə, məşhur pianoçu çıxışları zamanı klassik və Azərbaycan xalq musiqilərini caz motivləri əsasında vəhdət halında ifa edib. Cazmeni bassist Ceyms Kammak müşayiət edib.
Məlumata görə, konsertlərə bütün biletlər satılıb, anşlaq qeydə alınıb.
Qeyd edək ki, "Marians Jazzroom" dünyanın ən yaxşı caz klublarından biridir. Klub özünün fenomenal akustikası, eləcə də möhtəşəm proqramı ilə tanınır. Bu klubda dünyanın müxtəlif ölkələrindən müxtəlif tanınmış ifaçılar çıxış edib.

Xəbərin orijinal ünvanı: http://report.az/i-ncesenet/azerbaycanli-cazmenin-i-svecredeki-konsertlerinde-anslaq-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR