Yağış yağacaq

Yağış yağacaq
12:24 10 Oktyabr 2016
65 Digər
Ölkə mətbuatı
A- A+

Oktyabrın 11-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Yarımadanın bəzi yerlərində arabir yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayimləşəcək.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, sabah havanın temperaturu gecə 14-17, gündüz 20-23, Bakıda gecə 15-17, gündüz 21-23° isti olacağı gözlənilir.

 

Azərbaycanın rayonlarında isə sabah bəzi yerlərdə şimşək çaxacaq, arabir yağış yağacaq. Səhər ayrı-ayrı yerlərdə duman olacaq, qərb küləyi arabir güclənəcək.

 

Havanın temperaturu gecə 11-16, gündüz 21-26, dağlarda gecə 6-11, gündüz 14-19° isti olacağı gözlənilir.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/256074

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR