Naxçıvandakı qəzalarla bağlı RƏSMİ MƏLUMAT

Naxçıvandakı qəzalarla bağlı RƏSMİ MƏLUMAT
13:19 10 Oktyabr 2016
49 Digər
Ölkə mətbuatı
A- A+

Daxili İşlər Nazirliyi Naxçıvanda baş vermiş yol qəzaları ilə bağlı məlumat yayıb. Lent.az nazirliyin saytına istinadən xəbər verir ki, oktyabrın 8-də saat 11 radələrində Ordubad rayonunun Dırnıs kəndində kənd sakini İsmayıl Səyyadov idarə etdiyi “Zil” markalı avtomobillə yolu keçən həmkəndlisi Şəmil Quliyevi vurub. Piyada hadisə yerində ölüb. Ordubad RPŞ tərəfindən araşdırma aparılır.

 

 

Şərur şəhərində də oxşar hadisə baş verib. Oktyabrın 8-də saat 06 radələrində Şərur şəhərində rayon sakini Asif Rəhimov idarə etdiyi “Slavuta” markalı avtomobillə yolu keçən həmyerlisi Sima Abbasovanı vurub. Xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

 

Şərur RPŞ tərəfindən araşdırma aparılır.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR