Abşeron rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
Milli.Az lent.az-a istinadən bildirir ki, Masazır qəsəbəsi ərazisində 90 RH 829 dövlət qeydiyyat nişanlı "Opel Astra" 48 yaşlı kişini vurub. Ağır xəsarət alan piyadanın həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Abşeron Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.
Milli.Az