İngiltərə millisində kapitan dəyişib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, DÇ-2018-in seçmə mərhələsində bu gün keçiriləcək Sloveniya oyundan etibarən kapitan sarğısını Ueyn Runi yox, Yordan Henderson taxacaq.

Bu barədə millinin müvəqqəti baş məşqçisi Qaret Sautqeyt məlumat verib:

"Yordan Hendersonun oyununu çox bəyənirəm. O, Stiven Cerrardın "Liverpul"dan ayrılmasından sonra klubun kapitanı oldu və yaxşı kapitan ola biləcəyini sübut etdi".

Milli.Az