Sevgililəri Murad Bozla Burak Özçiviti düşmən etdi - FOTOLAR

Sevgililəri Murad Bozla Burak Özçiviti düşmən etdi - FOTOLAR
12:48 11 Oktyabr 2016
86 Şou
Ölkə mətbuatı
A- A+

“Qardaşım mənim” filmində baş rolları paylaşan Murad Boz və Burak Özçivit küskünlüyünün səbəbi bəlli olub.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, məşhurların münasibətlərinin korlanmasının əsas səbəbi sevgililəri olub. Aslı Enver ilə Fahriye Evcenin eyni kosmetik brendin siması olması mübahisə ilə bitib. Məsələ ondadır ki, Evcen ötən il firmanın üzü olmaq üçün təxminən 1 milyon yarım lirəlik reklam müqaviləsinə imza atmışdı. Gözəl aktrisa Aslı Envrenin də eyni firmadan gələn reklam təklifi ilə razılaşmasına qəzəblənib. İsterikaları ilə tez-tez gündəmə gələn Fahriye Evcen çəkilişlərdə Aslı Enver də olduğu vaxt "Mən ondan daha məşhuram" deyərək həmkarına söz atıb. Aslı ilk vaxtlar Fahriyenin bu tərz davranışlarına mülayim yanaşsa da, sonda səbri daşıb. Foto çəkilişləri əsnasında iki məşhur arasında ciddi mübahisə düşüb və hər iki aktrisa sosial şəbəkədə bir-birini izləyici siyahısından silib.

Bu hadisə aktrisaların sevgililərinin də münasibətlərinə mənfi təsir edib. Çox yaxın dost olan Burak Özçivitlə Murad Boz sözügedən mübahisədən sonra görüşməyib. Hətta “Qardaşım mənim” filminin 2-ci hissəsini çəkmək istəyən Özçivitin nə edəcəyini bilmədiyi də deyilir. Aslı ilə Muradın rejissorluğunu Burakın etdiyi filmin ikinci hissəsində çəkilib-çəkilməyəcəyi isə maraqla gözlənilir.

Aytən




















Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin2/171730.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR