Gecə klubunda qanlı hadisə törədən şəxsə 10 İL HƏBS cəzası

Gecə klubunda qanlı hadisə törədən şəxsə 10 İL HƏBS cəzası
15:24 11 Oktyabr 2016
32 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün  gecə klubunda qanlı hadisə törətməkdə təqsirləndirilən Sadiq Fətullayevin cinayət işi üzrə məhkəmə prosesdi başa çatıb.

 

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə F.Sadıqov 10 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, bu il yanvarın Bülbül prospektində yerləşən “Kofein-klub”da 25-30 yaşlı kişi kəsici-deşici alətlə yetirilməyə xarakterik xəsarətlər alaraq, xəstəxanaya aparılarkən yolda vəfat edib. Polis və prokurorluq əməkdaşlarının birgə həyata keçirdiyi istintaq-əməliyyat tədbirləri nəticəsində qətlə yetirilən şəxsin 1989-cu il təvəllüdlü Tural Abbasov olması müəyyən edilib. Əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 1980-ci il təvəllüdlü S. Fətullayev tutulub.

Sadiq Fətullayevə Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR