"Türk axını" layihəsinə yeni iştirakçılar cəlb oluna bilər

"Türk axını" layihəsinə yeni iştirakçılar cəlb oluna bilər
18:12 11 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 11 oktyabr. REPORT.AZ/ Rusiyanın "Qazprom" və Türkiyənin BOTAŞ şirkətləri "Türk axını" layihəsinə yeni iştirakçıları cəlb edə bilər. 
"Report"un RİA "Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, adı çəkilən qaz xətti ilə əlaqədar Rusiya və Türkiyə hökumətləri arasında müvafiq sənəd imzalanıb. 
Sənədə əsasən, kəmərin quru sahəsi ilə çəkilən II hissəsinin və dəniz sahəsinin inşası üçün Rusiya tərəfinin razılığı əsasında yeni iştirakçılar cəlb oluna bilər. Bu iştirakçıların layihədəki payları nizamnamə kapitalına uyğun olaraq bölüşdürüləcək.
Xatırladaq ki, "Türk axını" layihəsi Qara dənizin alt hissəsi ilə iki maqistral qaz kəmərinin çəklişini nəzərdə tutur. Xətlərin biri ilə qaz Türkiuyəyə, digəri ilə tranzitlə Avropaya ötürülücək. Layihənin 2019-cu ilin sonuna qədər tamamlanması planlaşdırılır.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR