12 OKTYABR

12 OKTYABR
09:58 12 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

1813-cü il. Tarixi Azərbaycan torpaqlarının Rusiya imperiyası ilə İran arasında bölüşdürülməsini nəzərdə tutan Gülüstan sülh müqaviləsi imzalanıb. Çar Rusiyasının Azərbaycana qarşı ekspansionist siyasəti 1804-1813-cü illər rus-İran müharibəsi ilə nəticələnib. 1805-ci ildə Azərbaycanın Qarabağ və Şəki xanlıqları ilə Rusiya arasında Kürəkçay müqaviləsi imzalanıb. Müqaviləyə əsasən, bu xanlıqlar Rusiyaya ilhaq edilir və müstəqil xarici siyasət yürütməkdən məhrum olur. 1805-ci ilin axırlarına doğru Bakı və Şirvan xanlıqları da işğal edilir. Talış xanlığının işğalı ilə Rusiyanın Şimali Azərbaycanı tamamilə özünə ilhaq etməsi prosesi başa çatır. Bu mərhələ başa çatdıqdan sonra İranın Rusiya ilə müqavilə bağlaması reallaşır və sülh danışıqları başlayır.

1813-cü il oktyabrın 16-da Gülüstan kəndində - rus ordugahında müqavilə imzalanır. Müqaviləyə əsasən, Gəncə, Qarabağ, Şəki, Şamaxı, Quba və Talış xanlıqlarının əraziləri, Şərqi Gürcüstan və Dağıstan da Rusiyaya ilhaq edilir. Xəzər dənizində donanma saxlamaq hüququ yalnız Rusiyaya verilir. Bu müqavilə Çar Rusiyasının Azərbaycanı işğal etdiyini rəsmən təsdiqləyir.

1492-ci il. İtaliyalı səyyah Xristofor Kolumb ilk dəfə olaraq, Karib dənizi sahillərinə (Baham adaları) ayaq basıb. Lakin o, Şərqi Hindistan adalarına gəldiyini düşünürdü. Bu günün şərəfinə 1792-ci ildən etibarən hər il oktyabrın 12-si Kolumb Günü kimi qeyd olunur.

1799-cu il. Fransalı paraşüt ixtiraçısı Jak Qarnerenin həyat yoldaşı Janna-Jenevyeva Labros (1775—1847) paraşütlə tullanan ilk qadın kimi tarixə düşüb. O, paraşütlə 900 metr yüksəklikdən yerə enib.

1810-cu il. Bavariya kral ailəsi Münxen şəhərinin sakinlərini şahzadə Lüdviq ilə şahzadə Terezanın toy şənliyinə dəvət edib. Həmin vaxtdan sonra hər ilin bu günü Bavariyada ənənəvi pivə festivalı – Oktoberfest təşkil olunur.

1847-ci il. Almaniyalı ixtiraçı və sənayeçi Verner fon Siemens “Siemens & Halske” elektrik mühəndisliyi şirkətini təsis edib. Şirkət sonralar “Siemens AG” adlandırılıb.

1901-ci il. ABŞ Prezidenti Teodor Ruzvelt 1901-ci ildə prezident sarayının rəsmi olaraq “Ağ Ev” adlandırılması ilə bağlı qərar imzalayıb.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/maraqli/171839.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR