DİN Sabirabadda məktəbliləri daşıyan avtobusun qəzaya düşməsi ilə bağlı məlumat yayıb

DİN Sabirabadda məktəbliləri daşıyan avtobusun qəzaya düşməsi ilə bağlı məlumat yayıb
13:07 12 Oktyabr 2016
46 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 12 oktyabr. REPORT.AZ/ Daxili İşlər Nazirliyi (DİN) Sabirabadda məktəbliləri daşıyan avtobusun qəzaya düşməsi ilə bağlı məlumat yayıb.
"Report" xəbər verir ki, məlumatda bildirilib ki, oktyabrın 11-də saat 08 radələrində Sabirabad rayonunun Bulaqlı kəndində rayon sakinləri Vahid Balakişiyevin idarə etdiyi “KamAZ” və İdris Süleymanovun idarə etdiyi “İsuzu” markalı avtobus toqquşub.
Nəticədə avtobusdakı sərnişinlərindən Cavad Həsənov hadisə yerində ölüb, digər 4 sərnişin xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsində araşdırma aparılır.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR