Kərbəla müsibəti niyə əsrlərdi yaşayır?

Kərbəla müsibəti niyə əsrlərdi yaşayır?
17:59 12 Oktyabr 2016
570 Digər
Ölkə mətbuatı
A- A+

Elşad Miri – ilahiyyatçı
 
 
Bügünkü “Manşet”də “Kərbəla müsibəti niyə əsrlərdi yaşayır?” mövzusu ilə bağlı ilahiyyatçı Elşad Miri aparıcı İlham Tumasın suallarını cavablandırıb.
 
- Aşura İmam Hüseynin 680-ci ildə, daha sonralar Kərbəla adlandırılan həmin o ərazidə Yezidin əməvi sülaləsi tərəfindən qətlə yetirilməsi ilə əlaqəli olan bir məsələdir. Yezid İmam Hüseynə üç şərt göndərmişdi: ya Məkkəyə qayıtsın, ya Dəməşqə Yezidin yanına gəlib biət eləsin, ya da xilafətin düşmənləri ilə döyüşə getsin. İmam Hüseyn heç biri ilə razılaşmır. Hətta bu döyüş baş verməmişdən əvvəl İmam Hüseynin arxasında namaz qılanların bəziləri Kərbəla döyüşündə Yezidin tərəfinə keçmişdilər. Bu olayda Yezidə heç bir haqq verilə bilməz.
 
- Gəlin, İmam Hüseynin qıldığı namaz kimi namaz qılaq, onun tutduğu oruc kimi oruc tutaq, onun kimi ibadət eləyək. Gəlin onun elmə verdiyi maraq və həvəs qədər, biz də elmə maraq göstərək, övladlarımızı daha da savadlandırmağa, maarifləndirməyə çalışaq.
 
- Muhamməd Peyğəmbərdən əvvəl Zəkəriyyə və Yəhya peyğəmbərimiz müxtəlif formalarda və əziyyətlə qətlə yetiriliblər. Və Quranda da bu haqda məlumat verilir. Amma sonuncu peyğəmbərimiz həmin  günlərlə bağlı heç bir əzadarlıq təşkil eləməyib. Peyğəmbərimizin vəfat elədiyi günlə bağlı bu səviyyədə bir yas mərasimi təşkil olunmur. Niyə məhz İmam Hüseyn?
 
- Peyğəmbərimiz heç həmin aylarla bağlı heç bir zaman müsəlmanlara özlərini döymək barədə tövsiyyə verməyib. Bunu peyğəmbərimiz eləməyibsə, biz bunu hardan götürürük? Gərək İmam Hüseyn kimi haqqı deyəsən, nahaqqın yanında olmayasan.
 
- Belə bir fikir formalaşıb ki, İmam Hüseyn, Kərbəla hadisəsi, Aşura olmasaydı, islam dini günümüzə gəlib çıxmazdı. Mən də bu fikirlə razı deyiləm. Axı, islam dini günümüzə təkcə İmam Hüseyn vasitəsi ilə gəlməyib. İmam Hüseyn məktəbini əxlaq baxımından, insanlıq baxımından qəbul eləmək lazımdır.
 
- Tarixi fakt budur ki, İmam Həsən özü kompromiss üçün sağlığında Müaviyə ilə razılığa gəlib, müqavilə bağlayıb. Ancaq İmam Hüseyn Yezidin əməllərinə qarşı çıxıb. Bununla yanaşı, din söhbətlərində İmam Əlinin, İmam Həsənin yox, İmam Hüseynin adı çəkilir. Bu gün onun ön plana çıxarılmasının əsas səbəblərindən biri İran ideologiyasıdır. Bunun da səbəbi odur ki, İmam Hüseynin xanımı həmin dövrün ən böyük dövlətlərindən olan Sasani imperiyasının sonuncu hökmdarı III Yəzdigürdün qızı Şəhrubanu xanım idi.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/256361

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR