Daxili İşlər və Müdafiə nazirliklərinin mütəxəssisləri üçün təlim keçirilib

Daxili İşlər və Müdafiə nazirliklərinin mütəxəssisləri üçün təlim keçirilib
19:07 12 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 12 oktyabr. REPORT.AZ/ İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti oktyabrın 11-12-də "Dövlət satınalmaları: metodlar və onların tətbiqi şərtləri" mövzusunda təlimlər keçirib. 
"Report" İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, təlimlərdə Daxili İşlər və Müdafiə nazirliklərinin 70-dən çox mütəxəssisi iştirak edib. 
Təlimlərdə iştirakçılara dövlət satınalmaları sahəsində mövcud qanunvericilik, satınalma prosesində rəqabət, satınalma prosedurlarına əməl olunması və səmərəliliyin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilib.
Qeyd edək ki, təlimlər dövlət vəsaitlərindən daha səmərəli və qənaətlə istifadə edilməsi, dövlət satınalmalarına cəlb olunan mütəxəssislərin nəzəri biliklərinin artırılması məqsədi ilə keçirilir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR