Bu əzələli qadın ulu nənədir - FOTO

Bu əzələli qadın ulu nənədir - FOTO
20:05 12 Oktyabr 2016
194 Maraqlı
Ölkə mətbuatı
A- A+

Mən nənə yox, ulu nənəyəm, çünki artıq nəticəm var. Nəvəmin övladının doğulmasına çox sevindim.

Avstraliyalı Meri Kleytonun 70 yaşı var. O, ölkəsinin ən yaşlı, ən ahıl qadın bodibilderidir.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, yaşı 60-dan artıq olanlar arasında sentyabr ayında ölkə çempionu titulunu qazanmış M.Kleyton bu dəfə Sanşayn Kostda keçirilən turnirə qatılıb.

Hər səhər 04.30-da yuxudan duran Meri nənə həftədə 6 dəfə fitnes zalına yollanaraq məşq edir, bodibildinqlə məşğul olur.

Avstraliyanın Kuinslend şəhərində yaşayan, amma çox zaman Sidneydə, övladlarının və nəvələrinin yanında olan 70 yaşlı Meri Kleyton turnirə dörd ay ərzində hazırlaşdığını söyləyib.

Milli.Az








Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/478520.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR