Bakı. 13 oktyabr. REPORT.AZ/ ABŞ-ın Massaçusets ştatında, Boston şəhərində naməlum şəxs atəş açıb. Hadisə nəticəsində iki polis əməkdaşı yaralanıb.
"Report" xəbər verir ki, bu barədə şəhər polis departamentindən məlumat veriblər.
Hadisə hüquq-mühafizə orqanlarının əməkdaşlarının şəhər küçələrindən birində silahlı şəxsin olması ilə əlaqədar çağırış üzrə olay yerinə çatdığı zaman baş verib.
Atışma həyata keçirən şəxs hələ ki, azadlıqdadır.
Son məlumatlara görə, polis onun ola biləcəyi mümkün ərazini mühasirəyə alıb.