Yığıncaq ASC-nin yerləşdiyi Bakı şəhəri, Sabunçu rayonu, Anaşkin küçəsi,39 ünvanında baş tutacaq. Onun gündəliyinə müəssisənin yeni nizamnaməsinin qəbul edilməsi, idarəetmə orqanlarının yenidən seçilməsi və digər məsələlər daxildir. Yığıncaqda bütün səhmdarların iştirakı vacibdir.
Xatırladaq ki, "Bakı Toxuculuq-Qalantereya" 1997-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1 321 168 manatdır.