Bu ilin 9 ayı ərzində 39 nəfər zəhərlənmədən ölüb

Bu ilin 9 ayı ərzində 39 nəfər zəhərlənmədən ölüb
13:17 13 Oktyabr 2016
39 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 13 oktyabr. REPORT.AZ/ "Bu ilin 9 ayı ərzində Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə 1 730 nəfər müraciət edib".
"Report" xəbər verir ki, bunu Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov jurnalistlərə deyib.
Onun sözlərinə görə, müraciət edənlərdən 1 605 nəfəri şöbəyə qəbul olunub: "Xəstələrdən 244 nəfəri dəm qazından, 74 nəfəri spirtli içkidən, 823 nəfər isə dərmandan zəhərlənmə diaqnozu ilə gəlib. Dərmandan zəhərlənənlərdən 178 nəfəri kəskin allergik reaksiya, 192 nəfəri ağır patologiya sayılan və hər zaman fəsad verən sirkə turşusu ilə olanlardır".
A.Maqsudov, həmçinin qeyd edib ki, yay mövsümündə 82 nəfərdə ilan, 10 nəfərdə isə qara qurd sancması qeydə alınıb: "Avqust-sentyabr aylarında zəhərli göbələklərdən zəhərlənmə ilə bağlı 5 nəfər Mərkəzə gətirilib. Ötən ilin 9 ayı ərzində ümumi müraciətlər üzrə 46 ölüm halı qeydə alınmışdısa, bu il ölüm göstəricisi 39 olub".
Mərkəzin İkinci yoluxucu xəstəliklər şöbəsinin müdiri Ziyafət Tağıyeva isə vurğulayıb ki, bu ilin 9 ayı ərzində 1 197 xəstə qəbul edilib: "Onlardan 485 xəstə müxtəlif rayonların sakinləri olub. Onlardan 454-nün vəziyyəti çox ağır olub. Şöbədə müvafiq müayinələrdən keçdikdən sonra müalicə olunub və yaxşılaşma ilə evə yazılıblar. 612 xəstə isə Bakıdan gəlib. Ötən il 6 900 xəstə müayinə və müalicədən keçib".

Xəbərin orijinal ünvanı: http://report.az/sehiyye/bu-ilin-9-ayi-erzinde-39-nefer-zeherlenmeden-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR