ATƏT sədri: "Dağlıq Qarabağ kimi “qara dəliklər” mövcud olmamalıdır"

ATƏT sədri: "Dağlıq Qarabağ kimi “qara dəliklər” mövcud olmamalıdır"
14:54 13 Oktyabr 2016
39 Digər
Ölkə mətbuatı
A- A+

 

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyasının bugünkü plenar iclasında Almaniyanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Frank-Valter Ştaynmeyer çıxış edib.

 

APA-nın Avropa müxbiri xəbər verir ki, Almaniya XİN başçısı Avropa Şurasına üzv ölkələrdə insan hüquqlarının vəziyyəti haqqında danışarkən bu məkanda baş verən münaqişələrə, tanınmamış ərazilərə diqqət çəkib.

 

“Biz Avropa məkanında insan hüquqlarının qorunması haqqında danışarkən burada baş verən münaqişələri də unutmamalıyıq. Münaqişələr dedikdə, mən yalnız Ukraynanı və Krımın anneksiyasını deyil, Cənubi Osetiya, Abxaziya, Dnestryanı bölgə və Dağlıq Qarabağ münaqişələrini də nəzərdə tuturam.

 

Bizim qitədə insan hüquqlarının vəziyyətinin müşahidə edilməsi baxımından belə “qara dəliklər”, “boz zonalar” mövcud olmamalıdır. Bu baxımdan, AŞPA dövrümüzün ən kəskin məsələləri üzrə siyasi müzakirələrin aparılması üçün meydan rolunu oynayır. Əlbəttə, burada bəzən bir-birinə qarşı olan ixtilaflı məsələlər müzakirə olunur ki, bu da düzgündür. Çünki bura müzakirələrin aparılması üçün - xüsusi ilə də münaqişələrin kəskinləşməsi və gərginliklərin baş verdiyi bir dövrdə - tam uyğun bir yerdir”, - deyə o bildirib.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/256442

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR