UEFA reytinqi açıqlandı: Yığmamız Belarusu qabaqladı

UEFA reytinqi açıqlandı: Yığmamız Belarusu qabaqladı
15:37 14 Oktyabr 2016
60 İdman
Ölkə mətbuatı
A- A+

Milli komandaların UEFA reytinqi açıqlanıb. Milli.Az apasport.az-a istinadən xəbər verir ki, 3 böyük yarışın nəticələrinə əsasən, tərtib olunan siyahıda Avropanın 55 yığması yer alıb.

DÇ-2014 və AÇ-2016-nın həm seçmə, həm final mərhələlərini, həmçinin DÇ-2018-in arxada qalan seçmə oyunlarını özündə əks etdirən cədvəldə ötən ayla müqayisədə ciddi dəyişikliklər olub. Bu, Azərbaycan yığmasından da yan ötməyib.
 
DÇ-2018-in seçmə mərhələsində Norveçi 1:0 hesabı ilə məğlub edib, Çexiyadan qolsuz bərabərliklə dönən komandamız xal hesabını 16 871-ə çatdırıb. Belə xal artımı Robert Prosineçkinin yetirmələrinin 38-ci yerə yüksəlməsi üçün yetərli olub. Komandamız ötən aykı 40-cı pilləni 2 addım yaxşılaşdırıb. Millimiz Belarus və Kipri arxada qoymağı bacarıb.
 
Cədvəlin lideri də dəyişib. Rusiya 4 pillə geriləyərək, 5-ci yerə düşüb. Əvəzində yığmamızın rəqibi olan Almaniya zirvəni ələ keçirib. Ön sıralardakı Fransa, Belçika və Portuqaliya da irəliləməyə nail olublar.
 
Ən böyük inkişafa isə İsrail, İsveç, Monteneqro, İrlandiya və Farer adaları imza atıb. Bu komandalar hərəyə 4 addım irəliləyib. Danimarka 6, Şotlandiya ilə Çexiya 5, Rusiya 4 pillə geriləməklə ən çox ziyana düşənlər olub.
 
Millimizin seçmə qrupundakı rəqiblərdən Almaniya 1 pillə irəliləyibsə, Şimali İrlandiya və San-Marino mövqeyində qalıb. Komandamızın oktyabr "qurban"ları Norveç 1, Çexiya 5 pillə aşağı yuvarlanıb.
 
Milli komandaların UEFA reytinqi

yer

ötən ay

Komanda

əmsal

1

2

Almaniya

31726

2

3

Fransa

30048

3

4

Belçika

30042

4

5

Portuqaliya

29895

5

1

Rusiya

29258

6

6

İspaniya

28450

7

7

İngiltərə

28390

8

8

İtaliya

27826

9

9

İsveçrə

27546

10

12

Xorvatiya

25859

11

13

Polşa

25542

12

14

İslandiya

25035

13

10

Avstriya

24978

14

11

Uels

24409

15

15

Hollandiya

23725

16

16

Bosniya H.

23640

17

17

Ukrayna

23466

18

22

İsveç

23426

19

23

İrlandiya

23389

20

20

Rumıniya

22917

21

18

Macarıstan

22906

22

21

Slovakiya

22374

23

25

Albaniya

21710

24

19

Çexiya

21627

24

24

Türkiyə

21277

26

29

Sloveniya

21067

27

27

Ş.İrlandiya

20947

28

31

Yunanıstan

20851

29

33

İsrail

20492

30

34

Monteneqro

20271

31

30

Norveç

20167

32

26

Danimarka

19991

33

28

Şotlandiya

19981

34

36

Serbiya

19126

35

32

Bolqarıstan

18091

36

37

Litva

18001

37

35

Finlandiya

17341

38

40

AZƏRBAYCAN

16781

39

41

Estoniya

16300

40

39

Belarus

15908

41

38

Kipr

15531

42

42

Gürcüstan

15003

43

43

Latviya

14381

44

48

Farer adaları

13650

45

45

Qazaxıstan

13331

46

44

Ermənistan

13225

47

46

Makedoniya

12611

48

49

Lüksemburq

12551

49

47

Moldova

12530

50

50

Lixtenşteyn

11490

51

52

Malta

10750

52

51

Kosovo

10550

53

53

San-Marino

9010

54

54

Andorra

8900

55

55

Cəbəllütariq

8325

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/479390.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR