Cinayət törədən 1800 nəfərin 28-i qadın olub

Cinayət törədən 1800 nəfərin 28-i qadın olub
17:04 14 Oktyabr 2016
25 Digər
Ölkə mətbuatı
A- A+

 

Cari ilin 9 ayı ərzində 1800 nəfər cinayət məsuliyyətinə cəlb edilib.

 

 

Lent.az-ın məlumatına görə, bu Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun açıqladığı hesabatda əksini tapıb.

 

Belə ki, onlardan 1-i 18 yaşadək, 129-u 18-25 yaşadək, 292-i 26-29 yaşadək, 1378-i 30 yaşdan yuxarı, 11-i fəhlə, 5-i qulluqçu, 1645-i işləməyənlər, 1772-i kişilər, 28-i qadınlar, 19 nəfəri isə xarici ölkə vətəndaşları olub ki, onlardan da ümumilikdə 522 kq-dan artıq narkotik vasitə və psixotrop maddələr götürülüb.

 

Əcnəbilərdən 12-i İran İslam Respublikası, 4-ü Gürcüstan, 1-i Hindistan,1-i Belarusiya, 1-i isə Türkmənistan  Respublikasının vətəndaşı olub. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/256574

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR