Bakıda bal yarmarkası açıldı

Bakıda bal yarmarkası açıldı
17:04 15 Oktyabr 2016
1157 Digər
Ölkə mətbuatı
A- A+

Oktyabrın 15-də Bakı şəhəri, Nobel prospekti 23 ünvanda yerləşən "Amay" ticarət mərkəzində arıçılıq məhsullarının növbəti respublika sərgi-satış yarmarkasının açılış mərasimi keçirilib. Lent.az Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, açılış mərasimində iştirak edən kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov arıçılarla söhbətində bu il təşkil olunmuş yarmarkada şəffaflığın təmin olunması məqsədilə görülən işlər, həm alıcılar, həmdə satıcılar üçün yaradılan münbit şəraitdən danışıb. Bildirilib ki, yarmarkada Kənd Təsərrüfatı Nazirliyi tərəfindən ciddi nəzarət tədbirləri həyata keçirilir.  Belə ki, yarmarkaya yüksək keyfiyyətli arıçılıq məhsulları çıxarılması üçün məhsullar ilkin olaraq regional baytarlıq laboratoriya- larında, sonra isə Respublika Baytarlıq Laboratoriya- sında tam yoxlanılıb. Nazirlliyin “Çağrı mərkəzi”ndə qeydiyyatdan keçmiş 312 nəfər arıçıdan 254 nəfəri yarmarkaya buraxılıb. Keyfiyyət göstəriciləri normaya uyğun olmayan 23,5 ton məhsul kənarlaşdırılıb. Yarmarkaya ümumilikdə 71,7 ton məhsul çıxarılıb.

 

Qeyd edək ki, sərgi-satış yarmarkası noyabrın 15-nə kimi davam edəcək.




Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/256642

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR