Hacıqabul rayonu, Qızılburun kəndində vətəndaşa məxsus, ümumi sahəsi 120 m2 olan birmərtəbəli 4 otaqlı yeməkxananın lambirdən ibarət tavanı 80 m2 sahədə yanıb.
Milli.Az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yeməkxananın qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 05:04-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Milli.Az