Elxan Abdullayev nağıl istəmir: "Neftçi"nin yalnız gerbi qalıb"

Elxan Abdullayev nağıl istəmir:   "Neftçi"nin yalnız gerbi qalıb"
21:37 16 Oktyabr 2016
53 İdman
Ölkə mətbuatı
A- A+

“Zirə” layiqli qələbə qazandı. Bizdən üstün idilər”. Bu sözləri “Neftçi”nin baş məşqçisi Elxan Abdullayev deyib.

 

Topaz Premyer Liqasının VIII turunda “Zirə”nin qonağı olan “ağ-qaralar” meydandan 0:2 hesablı məğlubiyyətlə ayrılıblar.

 

Matçdan sonra mətbuat konfransı keçirən Elxan Abdullayev bunları deyib: “Müdafiədə kobud səhvlərə yol verdik. Penalti epizodunu göstərə bilərəm. İkinci hissənin əvvəlində qırmızı vərəqənin göstərilməsi oyunumuzu pozdu”.

 

- Çıxış yolunu nədə görürsüz?

- Hər oyunda müdafiə xəttimiz 1-2 “hədiyyə” verir. Biz bunun üzərində işləyirik. Futbolçunun səviyyəsindən də asılıdı. Təcrübəli oyunçu elə səhvə yol verməz. Rahil gənc futbolçudu. Necə ola bilər ki, uduzduğun məqamda mərkəz müdafiəçisi o mövqedə topu itirər və penaltiyə səbəb olar? İşləmək lazımdı. Nağıl danışmaq lazım deyil. Heç kimi qovmaq fikrim yoxdu. Bir futbolçunu komandadan çıxaranda onun yerinə kimisə götürməlisən. Hər oyunçuda səhv olur. Bizdə başqa komandalarla müqayisədə daha çox səhv var. Zəifik, “Neftçi”dən heç bir şey qalmayıb, yalnız gerbi qalıb.

 

- Yeni transfer Pessalli barədə nə deyə bilərsiz?

- 15 dəqiqəyə görə qiymət verə bilmərəm. Gələcəkdə daha çox şans qazanacaq.

 

- Penalti qərarı ilə razılaşırsızmı?

- Bəli, orda penalti var idi. Epizodun təkrarına baxacam.

 

- Komandaya yeni futbolçular cəlb olunacaqmı?

- Səviyyəli futbolçu tapmaq çətindi. Olsa, heyətə qata bilərik.

 

- Qarşıdakı 3 turda “Neftçi”ni daha çətin rəqiblər gözləyir. Bu oyunlarda hansı nəticələrə ümid edirsiz?

- Adi oyunlardı, hazırlaşmaq lazımdı. Bugünkü matçda xoşuma gələn epizodlar da oldu. Amma təbii ki, “Qarabağ”la görüşdə elə səhvlərə yol versək, böyük problemlər olacaq. Həm “Qarabağ”, həm də “Qəbələ” və “İnter” bizdən güclüdü. (apasport.az)


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-elxan-abdullayev-nal-istmir-t53393.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR