Ramil ilk dəfə "Trabzonspor"un heyətinə düşdü, amma...

Ramil ilk dəfə "Trabzonspor"un heyətinə düşdü, amma...
22:17 16 Oktyabr 2016
111 İdman
Ölkə mətbuatı
A- A+

Türkiyə Super Liqasında VII turun oyunları keçrilib. Fanat.Az xəbər verir ki, Ramil Şeydayevin çıxış etdiyi "Trabzonspor" "Akhisar Bələdiyyəspor"u qəbul edib.

Oyun 0:0 hesabı ilə başa çatıb. Baş məşqçi Ersun Yanal Ramil Şeydayevin adını ilk dəfə Super Liqa matçının "18-liy"inə daxil edib. Lakin çalışdırıcı millimizin üzvünə oynamaq şansı verməyib.

Ramil Şeydayev "Trabzonspor"un heyətində yeganə rəsmi oyununu Türkiyə Kubokunda "Serhat Ardahanspor"a qarşı keçirib. Həmin matçda 30 dəqiqə oynayan futbolçu qol vurub.

Qeyd edək ki, "Trabzonspor" 7 turda 7 xal toplayıb və turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb.

Fanat.Az

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-ramil-ilk-df-quottrabzonsporquotun-heytin-dudu-amma-t53396.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR