Tanınmış ifaçı Təranə Qumral dünən ad gününü qeyd edib.
Publika.az xəbər verir ki, böyük yığıncaq etməyən müğənni xanım ailəsi arasında xoş gününü keçirib. İfaçını ilk təbrik edən böyük qızı Qumral olub. Gecəyarı isə həyat yoldaşı Musa Musayev ifaçıya brilliant üzük və gül dəstəsi hədiyyə edib.
Kürəkənləri, qızları ilə doğum gününü ailədaxili qeyd edən ifaçı xoşbəxt olduğunu, sevib, sevildiyini sosial şəbəkədə qeyd edib. O, özəl günündə, ona özəl olduğunu hiss etdirən ailəsinə təşəkkür edib.