Bakıda mal gətirdiyi dükandan pulunu ala bilməyən şəxs orada soyğunçuluq edib

Bakıda mal gətirdiyi dükandan pulunu ala bilməyən şəxs orada soyğunçuluq edib
15:22 17 Oktyabr 2016
47 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 17 oktyabr. REPORT.AZ/ Bakı şəhəri, Yasamal rayonunda yerləşən dükanda soyğunçuluq edilib.
"Report" un xəbərinə görə, 26 yaşlı Emil Yusif oğlu İsgəndərov Yasamal Rayon Polis İdarəsinə (RPİ) onun obyektində işçilərinə qarşı soyğunçuluq edildiyini bildirib. E.İsgəndərov naməlum şəxsin dükana girərək kassada olan 140 manat pulu apardığını qeyd edib.
Aparılan araşdırmalar nəticəsində soyğunçuluq etməkdə şübhəli bilinən 31 yaşlı Kamran Rəhman oğlu Gözəlzadə saxlanılıb. Dindirilmə zamanı K.Gözəlzadə dükan sahibinin ona borclu olduğunu deyib. Saxlanılan şəxsin sözlərinə görə, o dükana satılması üçün araq verib. Araqlar satılsa da pulunu ala bilməyib. Buna görədə K.Gözəlzadə bu əmələ əl atıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR