Azarkeşlər klub rəhbərliyini boykot ediblər

Azarkeşlər klub rəhbərliyini boykot ediblər
16:02 17 Oktyabr 2016
41 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 17 oktyabr. REPORT.AZ/ İngiltərənin "Çarlton Atletik" klubunun azarkeşləri rəhbərliyi boykot ediblər. 
"Report"un məlumatına görə, onlar komandanın uğursuz nəticələri səbəbindən bu cür addım atıblar.
Komandanın birinci liqada "Koventri" ilə qarşılaşması zamanı azarkeşlər meydançaya oyuncaq donuzlar atıblar. Bu səbəbdən matçda təxminən 5 dəqiqəlik fasilə yaranıb.
Qeyd edək ki, "Çarlton Atletik" illərlə Premyer Liqada çıxış edib. Elitada uğursuz çıxış edən komanda "Çempionşip"ə, ardınca isə birinci liqaya düşüb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR