Firuzə məşhur aktyora niyə "Qır qazanında yanacaqsan" dedi? - FOTO

Firuzə məşhur aktyora niyə "Qır qazanında yanacaqsan" dedi? - FOTO
16:05 18 Oktyabr 2016
81 Şou
Ölkə mətbuatı
A- A+

Müşfiq Şahverdiyev camlı efirdə öz adını unutdu.

Bu oktyabrın 15-i və 16-sında sübh tezdən Xəzər TV-nin "Oyan Azərbaycan" verilişində baş verib

Şənbə günü Səidə Sultan və Niyam Səlami proqramda əsl fırtına qopardılar. Xoş zarafatlar, əyləncəli viktorinalar, dinamik mahnılar bu səhəri bəzədi. Növbəti gün də qonaq-qaralı oldu.Tamaşaçılar müğənni Lətifə Soyuöz və aktyor Müşfiq Şahverdiyevdən pozitiv impulslar aldılar. "Tapmaca" rubrikasında "Qır qazanı" sözünü izah edə bilməyən aktyora aparıcı zarafatla "Sən ki, bunu edə bilmədin, elə qır qazanında yanacaqsan" dedi. Bir qədər sonra isə "My name is İntiqam" filminin baş qəhrəmanı "intiqam" sözünü də tapmaqda aciz qaldı. Firuzə Cəlilova onu "Sən necə aktyorsan, yestlərlə heç nə izah edə bilmirsən, hətta adını belə tapmadın" deyə yenə "iynələdi". Onlarla yaşanan əyləncəli dəqiqələr, maraqlı həmsöhbətlər, müxtəlif problemlərin həllinə dair araşdırma materialları umidvarıq ki, hədəfinə çatdı.

Lamiyə Əliyevanın yeni rubrikasında hər həftə 3 açar şəhərin müxtəlif yerlərində gizlədiləcək. Onları tapıb, Xəzər TV-yə gətirən üç nəfər şanslı tamaşaçı bu həftə xalq artisti Faiq Ağayevlə səhər yeməyi şansını qazanacaqlar. Üç "Ulduzlu açar" Musabəyov heykəlinin önündəki park, Yasamal parkı və Nazirlər Kabinetinin önündəki parkda artıq sahiblərini gözləyir. Tələsin, "cənab qızıl şlyager" Sizi gözləyir!!

Aysəba Umutlunun İndoneziyanın ölkəmizdəki səfiri ilə müsahibəsində maraqlı faktlar açıqlandı. Sən demə, cənab Fananie həyat yoldaşını ailəsindən istəməyə birinci elə özü gedibmiş: "Bizim sevgimiz məktəb vaxtından başlayıb. Düzdür, 15 yaşında mən təhsilimlə bağlı uzaqlaşmalı oldum və biz bir-birimizdən ayrı düşdük. Ancaq Tanrı bizi yenə qovuşdurdu".

"Qəbulumuzdur" rubrikasında studiyaya olan çoxsaylı zəngləri "Azərişıq" ASC-nin mətbuat katibi Tanrıverdi Mustafayev canlı olaraq, cavablandırdı.

Küçə itlərinə qarşı qəddar rəftardan, Bakı küçələrində onların başına gətirilən qeyri-insani oyunlardan, bu məsələyə şəhər meriyası və onun əlaqədar strukturu olan "Sahibsiz heyvanlara qarşı mübarizə idarəsinin" fəaliyyəti, bəlkə də fəaliyyətsizliyindən Heydər Rəsulzadə söz açdı. Sonda verilən "Onlar da canlıdır, onları da Allah yaradıb və bizim kimi yaşamaq haqları var. Yəqin ki, bunu anlamayanların elə əzab verdikləri heyvanlardan insanlıq dərsi almağının zamanı yetişib" - mesajı isə cəmiyyətə ünvanlanan əsil "SOS" siqnalı idi.

Qeyd edək ki, Trend.az, Day.Az, Milli.Az-ın informasiya dəstəyi ilə yayımlanan proqramın layihə rəhbəri Firuzə Cəlilova, baş redaktoru İlhamə Novruzovadur. Foto dəstəyi Bakupic Groupa aiddir. Veriliş Xəzər TV-də hər həftənin şənbə və bazar günləri, saat 8.00-11:00 radələrində efirə çıxır.












Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/480716.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR