Peşə təhsili mərkəzlərində yaşlı insanlar da təhsil alacaq

Peşə təhsili mərkəzlərində yaşlı insanlar da təhsil alacaq
12:42 19 Oktyabr 2016
67 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 19 oktyabr. REPORT.AZ/ Təhsil Nazirliyində ilk peşə-ixtisas təhsili müəssisələri ilə bağlı brifinq keçirilib.
“Report” xəbər verir ki, nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib ki, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun olaraq Nazirlər Kabineti tərəfindən Bakı və Gəncə şəhərləri üzrə ilk peşə-ixtisas təhsili müəssisələri şəbəkəsinin rasionallaşdırılması ilə bağlı qərar qəbul edilib: "Nəticədə 32 peşə təhsili müəssisəsi rasionallaşdılarlaraq 13 peşə təhsili mərkəzi yaradılıb".
Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Famil Mustafayev deyib ki, rasionallaşdırma nəticəsində bir sıra strateji istiqamətdə fəaliyyətin həyata keçirilməsi nəzərdə tutulur: “Ölkədə qeyri-neft sektorunun inkişafı ilə bağlı şaxələnmiş iqtisadiyyatın tələblərinə uyğun müxtəlif peşə istiqamətləri üzrə ixtisaslaşmış dövlət peşə təhsil mərkəzləri yaradılacaq və həmin mərkəzlərdə müasir tələblərə uyğun idarəetmə tətbiq ediləcək. Yeni peşə təhsil mərkəzlərinin fəaliyyəti dövlət-biznes tərəfdaşlığı prinsiplərinə əsaslanaraq əmək bazarının dəyişən tələblərinə uyğun işəgötürənlərlə qarşılıqlı əməkdaşlıq çərçivəsində həyata keçiriləcək”.
Onun sözlərinə görə, peşə təhsil mərkəzlərinə təhsil almaq istəyənlərin asan qəbulu (“ASAN peşə” layihəsi) təmin olunacaq və uğurlu nəticələr əldə etmiş məzunların təhsilin varisliyi prinsipinə uyğun olaraq digər təhsil pillələrinə asan keçidi mexanizmi işlənəcək: "Peşə təhsil mərkəzlərində iş tapa bilmədiyi üçün peşəsini dəyişmək istəyən yaşlı insanların da təhsil alması təmin olunacaq. Peşə təhsil mərkəzlərində əmək bazarının və cəmiyyətin tələblərinə uyğun ömür boyu təhsilin təmin edilməsi üçün yaşlıların təhsili, ixtisasartırma, yenidən hazırlanma kimi təhsil xidmətləri göstərilməklə təhsilin hamı üçün əlçatanlığı təmin ediləcək”.
F.Mustafayev qeyd edib ki, peşə təhsili sahəsində beynəlxalq təşkilatlarla (BMT, Avropa İttifaqı (Aİ), Avropa Təlim Fondu (ETF), “British Council”, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ), Koreya İqtisadi Əməkdaşlıq Fondu, Asiya İnkişaf Bankı və s.) birgə mövcud olan qabaqcıl təcrübə öyrənilərək peşə təhsil mərkəzlərinin idarə edilməsi və ixtisaslı kadr hazırlığı prosesinin təşkilində istifadə olunacaq: “Ola bilər ki, gələn ildən təhsil mərkəzlərini bitirən bəzi ixtsas sahiblərinə beynəlxalq sertifikatların alınması ilə müşahidə olunacaq diplomlar verilsin. Bu da həmin insanlara dünyanın müxtəlif ölkələrində iş imkanı yaradacaq”.  

Xəbərin orijinal ünvanı: http://report.az/elm-ve-tehsil/pese-tehsili-merkezlerinde-yasli-insanlar-da-tehsil-alacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR